Türkiyədə hər dörd adamdan üçü keçmiş üçün həsrət çəkir

Türkiyə, siyasət, Türkiyədə yaşayış, Türk cəmiyyəti Fotonun müəllifi Getty Images
Image caption "Türkiyəni anlamaq qaydaları" sorğusu hər iki ildən bir keçirilir.

IPSOS-un keçirdiyi "Türkiyəni anlama qaydaları" adlı araşdırma, keçmişdə insanların daha xoşbəxt, dürüst və nəzakətli olduğunu düşünənlərin sayının 77 faiz olduğunu göstərib.

Bu göstərici 2005-ci ildə 68 faiz olub, 2016-cı ildə isə bu rəqəm 74 faizə qalxıb.

Araşdırma 2015 və 2017-ci illər arasında 34 şəhərdə 16 minə yaxın respondentin iştirakıyla keçirilib.

Türkiyəni anlama qaydaları hər iki ildən bir keçirilir.

Tədqiqatlara görə, türk xalqının 72 faizi boş zamanını ticarət mərkəzlərində keçirməyi üstün tutur. Onlar adambaşına orta hesabla ticarət mərkəzlərində 3 saat sərf eləyirlər.

Həmçinin əhalinin 35 faizinin heç kitab oxumadığı, 44 faizinin heç kinoya getmədiyi aşkar olunub. Həyatında heç vaxt konsert, teatr və opera izləməyənlər isə 64 faiz təşkil edib.

Xalqın narazı olduğu sahələr isə işsizlik, yaşayışın bahalanması və valyutanın ucuzlaşması olub.

Bu barədə daha geniş