İran ictimai yerdə rəqsdən sonra bir rəsmi şəxsi həbs edib

İranın Məşhəd şəhərində İslam rəhbərliyi departamentinin şöbə müdirinin yerli ticarət mərkəzində təşkilinə icazə verdiyi tədbirdə gənclərin rəqs etməsi onun həbsinə səbəb olub.

Yayılmış görüntülərdə toplaşmış kişi və qadınların müğənninin ifasından zövq aldığı, əl çaldığı və bir az rəqs etdiyi əks olunub.

Hər iki cinsin nümayəndələrinin bir yerdə ictimai yerdə birgə dayanması və rəqs etməsi İran İslam qanunlarına ziddir.

Məhkəmə rəsmisi deyib ki, İslam rəhbərliyi şöbəsinin icazə verdiyi ticarət mərkəzindəki tədbir "ictimai ləyaqətə qarşı cinayətdir".

Məşhəd əhəmiyyətli şiə ibadətgahının yerləşdiyi yerdir və burdakı din xadimləri daha mühafizəkardır.

Görüntülər onlayn olaraq paylaşıldıqdan sonra Məşhəddəki mühafizəkarlar qəzəblənərək tədbirə icazə verənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Image caption Məşhəddə İmam Rza türbəsi yerləşir və bura il ərzində milyonlarla şiə zəvvarı gəlir

Cümə axşamı bir xəbər agentliyi prokuror müavini Həsən Heydərinin sözlərinə istinadən, Məşhəddəki İslam rəhbərliyi şöbəsinin rəhbərinin "ictimaiyyətin ləyaqətini pozmaq və qanunlara hörmətsizlik etmək" səbəbiylə həbs olunduğunu yazıb.

Cənab Heydəri Fars xəbər agentliyinə bildirib ki, video "vətəndaşlar arasında bədbəxtlik dalğası yaradıb" və prokurorlar "bütün iştirakçılara qarşı tədbir görəcək".

Tədbirin baş tutduğu ticarət mərkəzinin sözçüsü Mohsen Afshar İsna xəbər agentliyinə hər ay bənzər bir tədbirin təşkil etdiyini və müğənninin rəsmi icazəsinin olduğunu deyib.

Mart ayında Tehranın islahatçı bələdiyyə başçısı Məhəmməd Əli Nəcəfi gənc qızların rəqs etdiyi Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən məktəb tamaşasına qatıldığı üçün tənqidlərdən sonra istefa verib.

Cənab Nəcəfinin istefası əvvəlcə Tehran şəhər şurası tərəfindən rədd edilib. Lakin keçən həftə o, sağlamlıq səbəbi ilə istefasını yenidən təqdim edib və bələdiyyə bunu qəbul edib.

İran qanunvericiliyinə əsasən, qadınların saçları görsənərsə, onlar həbs edilə bilər. Son aylarda onlarla qadın hicabları çıxararaq qanunlara etiraz etdikləri üçün həbs ediliblər.

Bu barədə daha geniş