Neft 75 dollar oldu: İrana qarşı sanksiyalar hədəsi əsas səbəbdir

An Iranian oil facility on Khark Island, on the shore of the Persian Gulf. Fotonun müəllifi Getty Images
Image caption Körfəzdəki Xark adasında İranın neft müəssisəsi

İrana qarşı yeni mümkün ABŞ sanksiyaları ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, son 3 il yarım ərzində ilk dəfə olaraq neftin qiyməti bir barel üçün 75 dollar həddini keçib.

Çərşənbə axşamı 6 gündür ki, artmaqda olan Brent markalı neftin qiyməti 75,27 dollara çatandan sonra bir qədər enib.

12 mayda ABŞ İranla nüvə sövdələşməsinin uzadılmasına dair ya qərar verməli, ya da bu ölkəyə qarşı sanksiyalarını bərpa etməlidir.

Həmçinin oxuyun:


OPEC çərçivəsində neft hasilatının həcminə görə sayca üçüncü ölkə olan İrana qarşı belə bir addım, qlobal neft təchizatını məhdudlaşdıra bilər.

Ötən il OPEC-in 14 üzvü və Rusiya da daxil qeyri-üzv ölkələr hasilatın ixtisarına dair qərar qəbul ediblər.

Bundan sonra neftin qiyməti tədricən artmaqda idi.

Noyabr ayında hasilatın məhdudlaşdırılması barədə qərar 2018-ci ilin sonuna kimi uzadılıb.

Bu barədə daha geniş