Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu: ABŞ F-35 təyyarələrinin satışını ləğv etsə Türkiyədən cavab görəcək

CAVUSOGLU Fotonun müəllifi EPA
Image caption Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşıda gələn həftədə ABŞ-da rəsmi danışıqlar aparacaq.

Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu ABŞ-ın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsinin qəbulolunmaz olduğunu bəyan edib.

Çavuşoğlu deyib ki, qarşıda gələn həftə ərzində ABŞ-a səfəri çərçivəsində Washington-da keçirəcəyi görüşlərdə bu məsələ diqqətində olacaq.

CNNTürk televiziyasına müsahibəsində Mevlüt Çavuşoğlu deyib ki, "F-35 təyyarələrinin satışının ləğvi qəbuledilməzdir, belə olarsa Türkiyə bunun cavabını verəcək".

Türkiyə ABŞ-dan 100-dən çox Lockheed Martin F-35 tipli döyüş təyyarəsi satın almaq istəyir və həmin təyyarələrin 1 il ərzində Türkiyəyə verilməsi nəzərdə tutulurdu. Təyyarələrin bəzi ehtiyat hissələri Türkiyə şirkətləri tərəfindən istehsal olunur.

Lakin aprelin sonlarında ABŞ-da Respublikaçı senatorlar James Lankford və Thom Tillis, eləcə də Demokrat partiyasının senatda təmsilçisi Jeanne Shaheenn tərəfindən təqdim olunmuş qanun layihəsində F-35 təyyarələrinin Türkiyəyə satışanı dayandırmaq təklif olunur.

Sənəddə qadağa addımı "prezident Rəcəb Tayyib Erdoğanın idarəçiliyinin qanunun aliliyinə məhəl qoymaması ilə " əsaslandırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş