Erdoğanın sözləri Twitterdə kampaniyaya çevrilib

Erdoğan Fotonun müəllifi Getty Images
Image caption 1994-cü ildə İstanbulun meri seçildikdən bəri cənab Erdoğan seçkilərdə heç bir dəfə də məğlubiyyətlə üzləşməyib

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın "Əgər bir gün millətimiz "tamam" desə ancaq o zaman biz kənara çəkiləcəyik" sözlərindən qısa müddət sonra sosial mediada #TAMAM həştəqi dünya trendlərinin ən üst sıralarına çıxıb.

Twitterdə "TAMAM" mesajları bir neçə saat ərzində 1 milyondan çox insan tərəfindən paylaşılıb.

Müxalifət partiyaları da sosial mediadakı dalğaya qoşulub "tamam" mesajları paylaşıb.

Prezident Erdoğanın dəstəkçiləri isə müxalifətdəkilərə "Erdoğan ilə DAVAM" (#DEVAM) həştəqi ilə cavab verib. Bu həştəq də qısa müddətdə dünya trendləri arasında üçüncü yerə çıxıb.

Prezidentliyə namizədlər Meral Akşener, Muharrem İnce, Temel Karamollaoğlu da Erdoğanın sözlərindən sonra "TAMAM" mesajları yazıb.

Müxalifət partiyaları 24 iyunda keçiriləcək erkən seçkilər öncəsi Twitterdə bir şüar altında bigə kampaniya aparmış oldular.

İstanbulda bir qrup insan "Tamam" şüarları ilə küçələrə çıxıb. Qrup hərkəsi "Tamam" deməyə çağırması ilə polis müdaxilə edib. Küçəyə çıxan 10 nümayişçi qısa müddət polis tərəfindən saxlanılıb, sorğu-sualdan sonra sərbəst buraxılıb.

Müxalifət namizədlərindən "Tamam" mesajları

Erdoğan dəstəkçilərindən "Davam" mesajları

"Tamam" mesajlarına qarşı hərəkətə keçən Erdoğan tərəfdarları və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasətçiləri "Davam" kampaniyasını başladıb.

Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal "Twitterdə "Tamam" mesajlarının çoxunun FETÖ (Fethullahçı Terror Təşkilatı) və PKK-nın aktiv olduğu ölkələrdən yazılır" deyib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da "Davam" mesajı paylaşıb.

Bu barədə daha geniş