ABŞ İrana təzyiq üçün sanksiyaları sərtləşdirir

US Treasury Secretary Steven Mnuchin Fotonun müəllifi AFP
Image caption Xəzinədarlıq Katibi Steven Mnuchin deyib ki, ABŞ-ın "niyyəti" İran İnqilab Keşikçiləri Korpusunun gəlirlərini kəsməkdir

ABŞ İranın İnqilab Keşikçiləri Korpusu (İKK) ilə əlaqəsi olduğu iddia edilən 6 nəfər və 3 şirkətə qarşı sanksiya tətbiq edib.

Xəzinədarlıq Katibi Steven Mnuchin deyib ki, cəzalar korpusa milyonlarla dollar sərf edərək onun "düşməncə fəaliyyətini" maliyyələşdirənləri hədəfləyib.

Onun sözlərinə görə, İranın mərkəzi bankı İKK-yə "geniş miqyaslı valyuta birjası" vasitəsilə ABŞ dolları əldə etməyə kömək edib.

Xəzinədarlıq İdarəsi sanksiya tətbiq edilən 6 nəfərin hamısının iranlı olduğunu söyləyib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə atılmış addımlara əsasən, ABŞ-ın fiziki və hüquqi şəxslərinə onlarla biznes əlaqələri qurmaq qadağan ediləcək.

Fotonun müəllifi AFP
Image caption İranın İnqilabçı Qüvvələri Tehranda, hərbi paradda

İnqilab Keşikçiləri kimdir?

İranda 1979-cu ildə monarxiya devrilib və hakimiyyət din xadimi Ayətullah Xomeyninin nəzarəti altına keçib.

Cənab Xomeyni tez vaxtda dövləti qorumaq və inqilab prinsiplərini müdafiə etmək üçün İKK-ni qurub.

O zamandan bəri qrup ölkədə böyük hərbi, siyasi və iqtisadi qüvvəyə çevrilib. İKK minlərlə qoşun və qabaqcıl hərbi texnika ilə İranın əsas hərbi əməliyyatlarının bir çoxunun arxasında olub.

Son sanksiyalar qrupun xüsusilə elit xarici əməliyyatlar qolu olan Qüds Qüvvəsini hədəfləyir.

Oktyabr ayında prezident Donald Trump bu qrupu "korrupsiya terroru və hərbi qruplaşma" adlandırıb və onlara qarşı sanksiya tətbiq edib.

Yeni cəzalar cənab Trump-ın ABŞ-ı İranla nüvə sazişindən çıxarması və Tehrana təzyiq göstərməyə söz verməsindən yalnız iki gün sonra tətbiq edilib.

2015-ci ildə imzalanan razılaşma, BMT-nin, ABŞ-ın və AB-nin sanksiyalarının qaldırılmasına qarşılıq olaraq İranın nüvə fəaliyyətini məhdudlaşdırmağı hədəfləmişdi.

Cənab Trump-ın müqavilədən imtina etməsi qərarı İranın ali dini lideri Ayətullah Əli Xameneyi tərəfindən "səhv" adlandırılıb.

Bu barədə daha geniş