Eurovision 2018: LGBT bayrağına senzura qoyan Çinə yayım qadağası

Mango TV Fotonun müəllifi MANGO TV
Image caption Mango TV İsveçrə nümayəndəsinin çıxışı zamanı göy gurşağı bayrağını bulanıq göstərib

Avropa Yayım Birliyi (AYB) Çinin məşhur televiziya kanallarından birini LGBT bayraqlarına senzura tətbiq etdiyinə görə Eurovision mahnı müsabiqəsini yayımlamağı qadağan edib.

Mango TV-nin yarışmanın yarımfinalında göy qurşağı bayraqlarını və tatuları "bulanlıq" göstərməsi sosial mediada tənqid olunub.

Kanal həm də İrlandiya və Albaniya iştirakçılarının çıxışlarını yayımlamayıb.

Avropa Yayım Birliyi senzuraların onların müxtəliflik dəyərlərinə uyğun gəlmədiyini bildirib.

Qurum sözügedən kanalla əməkdaşlığını ləğv edəcəyini və yayım haqlarının alınacağını deyib.

Çinli sosial media istifadəçilərindən bəziləri senzura tətbiq edən kanalları boykot etməyə çağırıb, bəziləri isə artıq bu kanalları izləməyəcəyini söyləyib.

Fotonun müəllifi EPA
Image caption İrlandiya təmsilçisi Ryan O'Shaughnessy

İrlandiya təmsilçisi Ryan O'Shaughnessy AYB-nin qərarını alqışlayıb.

"Biz əvvəldən demişdik ki, sevgi-sevgidir, fərqi yoxdur bu iki oğlan, iki qız və ya oğlan və qız arasındadır. Düşünürəm ki, bu həqiqətən önəmli qərardır", - o deyib.

Çin televiziya kanalının senzura tətbiq etdiyi çıxışında irlandiyalı təmsilçi iki oğlan rəqqasla müşayiət olunurdu.

Bu barədə daha geniş