Meghan və Harry-nin toyu: Diana-nın kölgəsi və mətbuatın amansız müdaxiləsi

Uels şahzadəsi Diana və Harry Fotonun müəllifi PA
Image caption şahzadə Diana və Harry

Bu toyun üzərində dəhşətli kölgələr toplaşıb. Həmin kölgə artıq çoxdandır ki Harry-nin üzərində hakimdir. Bu kölgə əvvəlki kimi Windsor iqamətgahının, həmçinin gündəm yaradanların və fotoqrafların üzərindədir.

Bu, Wales şahzadəsi Diana və Harry-nın kölgəsidir.

Meghan Marklin-in hazırkı KİV-in təzyiqlərinə davam gətirdiyi rahatlığı barədə çox şeylər deyilib. O, mikrofonlar, kameralar qarşısında və sosial şəbəkə vasitəsilə mükəmməl ünsiyyət qurur. Uğurlu serialda baş rolu alan Meghan kino və televiziya istiqmatərində özünə yol açıb.

İşlərin gedişatı zamanı onun çoxlu müsahibələri, səfərləri və pərəstişkarları ilə görüşləri olub.

Deyilənlərə görə, Meghan kral ailəsinin hər yüksək rütbəli üzvünü müşayiət edən gündəlik diqqətin öhdəsindən çox asanlıqla gələcək.

Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Meghan Marklin

Bütün bunlar cəfəngiyyatdır.

Meghan Markle "Force-Majeure" hüquqi-dramatik serialındakı rolunun öhdəsindən uğurla gəlib və bunun sayəsində məhşurluq qazanıb. Amma o, Hollywood "zadəganlarının" bir hissəsi deyildi, onu nə fotoqraflar, nə də dedi-qodu yayan veb saytlar təqib etmirdi.

O, Toronto-da nisbətən sakit həyat yaşayırdı. Meghan istədiyi vaxt istədiyi yerə - mağazalara və restoranlara demək olar ki heç bir maneə olmadan gedirdi.

Kimsənin ağlına onun atasının Meksikadakı evini izləmək, onun ünsiyyətdə olmadığı qohumları ilə müsahibəyə görə pul ödəmək gəlmirdi. Kimsə onun böyüdüyü rayona gedib onun uşaqlığı barədə məlumat toplamayıb.

O, evdən çıxan zaman telekameralar ona tuşlanmırdı və kimsə ona suallar vermirdi.

Meghan-ın demək olar ki normal həyatı vardı. Onun mətbuatla ünsiyyəti isə plan üzrə, ya özünün ya da agentlərinin irəli sürdüyü şərtlər əsasında həyata keçirilirdi.

Fotonun müəllifi PA
Image caption Şahzadə Diana

Şahzadə Harry onu və Meghan-ı nə gözlədiyini bilirdi.

Şahzadə jurnalistlər qarşısında özünü nə qədər gülümsəməyə məcbur etsə belə, o hələ də anası mərhum Diana-ya göstərilən görünməmiş mətbuat diqqətini xatırlayır. Bu diqqəti o özü yaratmışdı və özü də bundan ziyan çəkdi. Əyanlar dəfələrlə şahzadə Harry-nin KİV-lərinə etibar etmədiyini söyləyiblər. Onun əvvəlki sevgililəri "Harry-nin sevgilisi" adının gətirdiyi diqqətdən daima qaçırdılar. Onların münasibətləri bitib-tükənməz dedi-qodular, mənasız böhtanlar, yaxın ətrafın və ailəsinin həyatlarına müdaxiləsi nəticəsində bitirdi.

Bəlkə də, Meghan Markle başqa cürədir. O, güclüdür və müstəqildir. Onun əvvəlki sevgililəri və anası Diana kimi. Lakin o da həmçinin böyükdür, özünə və həyatda nəyə nail olmaq istədiyinə daha əmindir.

"Mən heç vaxt işsiz-gücsüz dünyəvi adam olmaq istəmədim. Mən həmişə işlə məşğul olmaq istəmişəm ",- o bidirib.

Bu adi kral gəlinlərinə heç bənzəmir.

Fotonun müəllifi Getty Images
Image caption Meghan və Harry

Lakin onların münasibətləri ictimaiyyətə məlum olduqdan sonra "miss Markle-ın ov mövsümü" açıldı. Onun dostları və qohumları üçün də. Şahzadə Harry 2016-cı ilin noyabrında jurnalistlərin şəxsi həyatına amansız müdaxiləsi barədə rəsmi bəyanat verərək açıq şəkildə əsəbini və qəzəbini bildirmişdi.

O zaman onun mətbuat xidməti bəzi məlumatları vermişdi: "... anası (Meghan Markle) evinin giriş qapısına çatmaq üçün fotoreportyorların izdihamından keçməlidir... onun keçmiş sevgilisinə böyük məbləğlər təklif edilmişdi, demək olar ki, bütün dostları, həmkarları və ona yaxın insanlar mühasirəyə alınmışdı".

Bu heç bir şeyi dəyişmədi. Onunla hansısa əlaqəsi olanların hamısı qəzetlər, fotoreportyorlar, veb-saytlar üçün arzuolunan fiqur idi. Meghan Markle nə qədər güclü olsa belə, onun qohumları həmişə daha həssas vəziyyətdə olacaqlar.

20 il əvvəl Diana-nın qardaşı (onun dəfnində) bacısını həmin vaxtlarda mətbuatın ən çox təzyiq göstərdiyi insanlardan biri adlandırmışdı.

İndi isə toya bir neçə gün qalmışdan başlayaraq Meghan və onun qohumları addım-addım izləndiklərini hiss edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş