Şahzadə Harry və Meghan Markle-ın toyundan yaddaqalan anlar - şəkillərdə

Şahzadə Harry və Meghan Markle-ın nikah mərasimi şənbə günü Böyük Britaniyanın Windsor şəhərində keçirilib.

Meghan-ın atası Thomas səhhəti ilə bağlı olaraq toy mərasimində iştirak etmədiyi üçün gəlini şahzadə Charles müşayiət edib.

Meghan Markle-ın anası - Doria Ragland gəlin tərəfindən tədbirə qatılan yeganə ailə üzvü idi.

ABŞ TV ulduzu Oprah Winfrey, britaniyalı aktyor Idris Elba, musiqiçi Elton John, futbolçu David Beckham və həyat yoldaşı Victoria Beckham və digər məşhurlar mərasimə qatılanlar arasında idi.

Fotonun müəllifi Danny Lawson - WPA Pool/Getty Images
Image caption Meghan Markle öz toyu üçün seçdiyi donun dizaynı və hazırlanmasında yaxından iştirak edib. Givenchy evinin kreativ direktoru Clare Waight Keller tərəfindən hazırlanan ağ rəngli don, minimalist üslubda tikilib və nəzərə ilk çarpan onun uzun şleyfidir
Fotonun müəllifi John Sibley - WPA/Getty Images
Image caption Şənbə günü keçirilən nikah mərasimi vaxtı amerikalı gəlinin brilyant sırğasını da görmək olardı.
Fotonun müəllifi Danny Lawson - WPA Pool/Getty Images
Image caption Markle öz andiçmə nitqində "ərinin sözünə qulaq asmağa" söz verməyib
Fotonun müəllifi Danny Lawson - WPA Pool/Getty Images
Image caption Nikah mərasimi Windsor qəsrindəki Müqəddəs George kilsəsində keçirilib
Fotonun müəllifi Matt Cardy/Getty Images
Image caption Şahzadə Harry və Meghan Markle izdiham tərəfindən böyük sevinclə qarşılanıb
Fotonun müəllifi Gareth Fuller - WPA Pool/Getty Images
Image caption Mərasimə ən sonda gələnlərdən biri Böyük Britaniya Kraliçası II Elizabeth olub
Fotonun müəllifi JANE BARLOW/AFP/Getty Images
Image caption Şahzadə Harry və Megan Markle-ın toyu Britaniyada kral nikahları arasında sıra ilə ən sonuncusudur
Fotonun müəllifi GARETH FULLER/AFP/Getty Images
Image caption Şahzadə William, Catherine Middleton və oğulları
Fotonun müəllifi IAN WEST/AFP/Getty Images
Image caption Məşhur ABŞ TV ulduzu Oprah Winfrey toyun tanınmış qonaqları arasında görülürdü.
Fotonun müəllifi CHRIS RADBURN/AFP/Getty Images
Image caption Musiqiçi Elton John qonaqlar arasında idi.
Fotonun müəllifi West- WPA Pool/Getty Images
Image caption Futbolçu David Beckham və həyat yoldaşı Victoria Beckham
Fotonun müəllifi ANDREW MATTHEWS/AFP/Getty Images
Image caption Cütlüyü öz gözləri ilə görmək istəyənlər Windsor küçələrinə axışmışdı

Bu barədə daha geniş