Şahzadə Harry və Meghan-ın toyunda uşaqlar - şəkillərdə

Принцесса Шарлотта Fotonun müəllifi WPA Pool

Şənbə günü keçirilmiş şahzadə Harry və Meghan Markle-ın toyuna dəvət olunmuş uşaqlara mərasimdə mühüm rol ayrılmışdı - onlar gəlinin və bəyin uşaq müşayiətçiləri və gəlinin paltarının şleyfini tutan oğlan uşaqları kimi mərasimdə iştirak ediblər.

Toya dəvət olunmuş uşaqlar arasında şahzadə Harry-nin qardaşı uşaqları şahzadə George və şahzadə Charlotte də olublar. Mərasimə dəvət olunmuş 2-6 yaş arasında uşaqlar bir neçə saat ərzində dünyanın diqqət mərkəzində olublar.

Fotonun müəllifi PA
Fotonun müəllifi Reuters

Şahzadə George toya təzəbəy əmisi və atası kimi kral atlı qvardiyasının mundirində gətirilmişdi - sadəcə uşağın əynindəki hərbi mundir məhz onun uşaq ölçüsünə biçilmişdi.

Toy mərasimində iştirak etmiş digər uşaqlar şahzadə Harry və Meghan Markle-ın dostlarının uşaqları idi.

Fotonun müəllifi Getty Images

Şahzadə George və şahzadə Charlotte toy mərasiminə anaları Сambridge hersoginyası Catherine-ni gətirən avtomobildə gəldilər. Onların yayınında daha bir neçə uşaq da var idi.

Fotonun müəllifi PA

Gəlinin qız uşağı rəfiqələrinə kilsə pilləkanları ilə qalxmaq üçün kömək lazım oldu. Bu zaman şahzadə Charlotte tamaşaçılara tərəf dönüb əl yelləyirdi.

Fotonun müəllifi Reuters

Meghan Markle tərəfdən onun dost və qohumlarının uşaqları dəvət olunmuşdu.

Fotonun müəllifi Reuters

Meghan Markle pilləkanlarla kilsəyə qalxanda oğlan müşayiətçilər onun gəlinlik paltarının şleyfini tuturdular.

Fotonun müəllifi Getty Images

Mərasimə gəlin gəlməmişdən əvvəl Сambridge hersoginyası Catherine uşaqlara yerlərini düzgün sırada tutmağa kömək göstərirdi. Mərasim zamanı uşaqlar əllərində gül dəstələri bəy və gəlinin arxasınca addımlayıblar.

Fotonun müəllifi EPA

Meghan və Harry kilsəni tərk edib, üstüaçıq avtomobilə oturub uzaqlaşandan sonra şahzadə Charlotte mərasimi izləyən tamaşaçı kütləsilə sağollaşıb.

Bu barədə daha geniş