"Аyka" filmində baş rolun ifaçısı Cannes festivalının ən yaxşı aktrisası adına layiq görülüb

Самал Еслямова Fotonun müəllifi AFP
Image caption Samal İslamova (mərkəzdə) Moskvaya qazanc dalınca Qırğızıstandan gəlmiş 25 yaşlı Ayka adlı gənc qadın rolunu ifa edib.

"Аyka" filmində baş rolun ifaçısı qazaxıstanlı Samal İslamova Cannes festivalının ən yaxşı aktrisası adını qazanıb. "Ayka" filmi Moskvada yaşayan miqrantların həyatından bəhs edir.

Rusiyalı rejissor Sergey Dvortsevin çəkdiyi "Ayka" adlı film Moskvada yaşayan Mərkəzi Asiyadan gəlmiş miqrantların çətin həyatından bəhs edir.

71-ci Cannes Festivalın baş mükafatını - Qızıl palma budağını - yaponiyalı rejissor Hirokazu Kore-eda "Dükan oğruları" adında çəkdiyi filminə görə qazanıb.

Filmdə küçədə tapılmış kimsəsiz uşağı övladlığa götürən xırda firdılaqçılar ailəsindən söhbət gedir.

Hirokazu Kore-eda öz filmində fırıldaqçıların və tapdıqları kimsəsiz uşağın bir ailə şəklində necə yaşadıqlarından bəhs edir.

Festivalın bağlanış mərasimində musiqiçi Sting çıxış edib.

Fotonun müəllifi EPA
Image caption Yaponiyalı rejissor Hirokazu Kore-eda festivalın baş mükafatına layıq görülüb.
Fotonun müəllifi Getty Images
Image caption İran aktrisaları Solmaz Pənahi və Behnaz Cəfəri "Üç sifət" adlı filmdə çəkiliblər. Filmin rejissoruna məhkəmə ölkədən çıxmağı qadağan edib.
Fotonun müəllifi Getty Images
Image caption Festivalın bağlanış mərasimində məşhur ifaçı Sting çıxış edib.

Bu barədə daha geniş