İsrail: Türkiyə də daxil, 9 ölkənin iştirakı ilə istehsal edilmiş "F-35-ləri döyüşdə istifadə edən ilk ölkəyik"

İsrail ordusuna ait bir F-35 Fotonun müəllifi Getty Images

İsrail Hərbi Hava Qüvvələrinin komandanı deyib ki, Türkiyə də daxil, 9 ölkənin iştirakı ilə istehsal edilmiş ABŞ-ın F-35 hərbi təyyarəsini döyüş şəraitində tətbiq edən ilk ölkə İsrail olub.

İsraildə 20 ölkənin hava qüvvələri komandanları ilə keçirilən görüş vaxtı Amikam Norkin bəyan edib ki, F-35-lər Yaxın Şərq-in müxtəlif yerlərində istifadə olunmaqdadır.

Bu təyyarələr artıq iki fərqli bölgədə döyüş uçuşlarına qatılıb, israilli general bildirib.

Amikam Norkinə əsasən F-35 Suriyada İran düşərgələrinə və Livandakı Hizbullah hədəflərinə hücumda istifadə olunub.

O, Beyrut üzərində uçan F-35 fotoşəkilini də paylaşıb.


Ehtimallara görə Misirin Sinay yarımadası və Sudandakı ekstremist qruplara qarşı hava zərbələri də məhz F-35-lər vasitəsilə həyata keçirilib. Hərçənd ki, bu barədə məlumatlar rəsmi şəkildə təsdiq olunmayıb.

50 ədəd F-35 sifariş edən İsrail ilk təyyarələri 2016-cı ildə alıb.

Yerli mətbuatı görə, hazırda ölkə ən azı 9 təyyarənin sahibidir.

F-35-lərin istehsalı üzrə layihədə 9 ölkə iştirak edir və təyyarənin bəzi hissələri Türkiyədə hazırlanır.

Ankara 100 ədəd F-35 almaq niyyətindədir və planlara görə ilk təyyarələr bu ölkəyə iyun ayında təhvil verilməlidir.

Hərçənd ki, təyyarə təchizatı ilə bağlı vəziyyət birmənalı görünmür.

Prezident Recep Tayyip Erdoğan hökumətinin demokratiyaya dair mövqeyini tənqid edən ABŞ parlamentinin bəzi üzvləri Türkiyəyə F-35-lərin ixracına qarşı çıxırlar.

Güman edilir ki, bu məsələ Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mike Pompeo-nun 4 iyunda keçiriləcək Washington görüşündə müzakirə oluna bilər.

Bu barədə daha geniş