Suriyada silahlıların hücumu nəticəsində Rusiya hərbçiləri öldürülüb

Российские военные в Алеппо Fotonun müəllifi AFP/Getty

Suriyanın Deyr ez-Zor vilayətində baş verən hücumda 4 Rusiya hərbçisi öldürülüb, daha 3 nəfər yaralanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatına istinadən RİA Novosti məlumat verib.

Nazirliyin məlumatına görə, silahlıların həyata keçirdiyi hücum zamanı 2 Rusiya hərbi müşaviri öldürülüb, daha 5 Rusiya hərbçisi yaralanıb və xəstəxanaya aparılıb. İki nəfər aldıqları yaralardan ölüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, "qaranlıq hava şəraitində Suriya hökümət qoşunlarının artilleriya batareyasına terrorçuların bir neçə səyyar dəstəsi hücum edib".

"Suriya artilleriya batareyasının atəşini yönəldən iki Rusiya hərbi müşaviri yerindəcə həlak olublar", - məlumatda qeyd olunub.

Bu barədə daha geniş