Çempionlar Liqasının kubokunu qazanmış Real Madrid klubunun sevinci - Kiyevdən şəkillər

команда Реал Мадрид празднует победу
Şəklin alt yazısı,

Real Madrid klubunun heyəti qələbəni qeyd edir.

Şənbə günü Kiyevdə keçirilmiş futbol üzrə Çempionlar Liqasının finalında Real Madrid klubu İngiltərənin Liverpool klubunu məğlub edərək Çempionlar Liqasının kubokunu qazanıb.

Liverpool ardıcıl olaraq 3-cü ildir ki, bu kuboku qazanır - bu isə Avropa futbol klubları üçün rekord nailiyyətdir.

Real Madrid komandasında qolları vuran Karim Benzema və Gareth Bale (2 qol) olublar. Liverpool-un vurduğu yalnız 1 qolun müəllifi isə Sadio Mane olub.

Final oyunu 3:1 hesabı ilə Real Madridin xeyirinə başa çatıb.

Final oyunu Ukraynanın mərkəzi idman arenası olan - Kieyvdəki Olimpiya stadionunda keçirilib.

Oyunun nəticəsi Liverpool azarkeşlərini məyus edib.

Matçqabağı Kiyevin küçələri ingilis klubunun fanatları ilə dolu idi.

Yerli jurnalistlərin müşahidələrinə görə, ingilis azarkeşləri sayca İspaniya azarkeşlərindən xeyli üstün idilər.

Qızışmış tamaşaçıların meydançaya tək-tük hallarda çıxması istisna olunmaqla ümumiyyətlə final matçı sakit şəraitdə keçib.

Şəklin alt yazısı,

Qahirə küçələrində camaat Məhəmməd Salahın oyununa baxmaq üçün böyük ekran qarşısına toplaşıb.

Çempionlar Liqasının final oyununa xeyli sayda ölkələrdə baxılıb. Qahirə sakinlərini xüsusilə Liverpool klubunda çıxış edən həmyerliləri, misilrli Məhəmməd Salahın necə oynayacağı maraqlandırırdı. Təəssüf ki, oyunun birinci hissəsinin ortalarında misirli hücumçu zədə alaraq oyunu tərk etməli oldu.