Britaniyada güclü ildırım və şimşək: 4 saata 15 min şimşək

General view as lightning strikes over the city of London Fotonun müəllifi Reuters
Image caption Londonun mərkəzi hissəsi üzərində şimşəkçaxma anı. Sinoptiklər xəbərdarlıq ediblər ki, leysan yağış və ildırımçaxma nəticəsində binalara zərər dəyə bilər.

Britaniyanın cənubunda bazar gününə keçən gecə leysan yağışla müşayiət olunan uzunmüddətli ildırımçaxma halları müşahidə edilib.

BBC-nin hava proqnozu proqramında qeyd olunduğu kimi, 4 saat ərzində rekord sayda olan 15000 şimşəkçaxma halı qeydə alınıb.

Londonun Stansted aeroportunun şimşək zərbəsinə məruz qalması nəticəsində təyyarələri yanacaqla dolduran avadanlıq sıradan çıxdıb, çox sayda uçuş yubadılıb.

Bazar günü güclü yağış nəticəsində İngiltərənin bəzi bölgələrində cəmi 1 saata 3 santimetr qalınlığında yağıntı əmələ gəlib.

Sakinlərin çoxu şahidi olduqları təbiət hadisəsini lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Fotonun müəllifi PA/TowerRNLI
Image caption Şimşək çaxan zaman ildırım parıltıları Londonun mərkəzindən axan Thames çayını işıqlandırıb.
Fotonun müəllifi Ems - Hayling Island/@auntymems
Image caption İngiltərənin cənubunda, Portsmouth şəhəri yaxınlığıdakı Hayling adası üzərində gecə səması ildrım işığında bənövşəyi rəng alıb.
Fotonun müəllifi Andrew Lanxon Hoyle/@Batteryhq
Image caption Londonun şərqində, Dalston rayonunda Süleymaniyyə məsçidi üzərində şimşək çaxan zaman.
Fotonun müəllifi Jason Arthur
Image caption Jason Arthur bu şəkli Kent bögəsinin Gravesend ərazisində çəkib.
Fotonun müəllifi Roy McDonald
Image caption Leighton Buzzard ərazisi üzərində şimşəkçaxma anı.

BBC Weather presenter Tomasz Schafernaker called it the "mother of all thunderstorms" as he watched it over London.

"Oh boy! This [is] utterly insane," he said.

"I've never seen a storm with such frequent lightning in my life I don't think. Mostly sheet lightning and not too loud but flashes are spectacular."

Fotonun müəllifi Ben Hensel
Image caption Bu mənzərəni Hampshire qraflığında fotoqraf Ben Hensel lentə alıb.
Fotonun müəllifi Yulia Emelianenko
Image caption Yulia Emelyanenko bu səhnəni Lononun Canary Wharf rayonunda çəkib.
Fotonun müəllifi Paul Greenford tyres/@Atko80
Image caption Paul Greenford isə şimşək çaxan və leysan yağan zaman Henley-on-Thames ərazisində səyahət edirmiş.
Fotonun müəllifi Harry Neary/@grumpyrocker
Image caption Harry Neary göydə çaxan ildırımı kamerasına Dorset-də yerləşən Broadwindsor kəndi yaxınlığında çəkib.
Fotonun müəllifi @samueltwilkinson/PA
Image caption İldırımın göydəki odlu zolaqları fonunda hündürlüyü 310 metr olan Londonun Shard qülləsi heç də həmişəki kimi nəhəng görünmür.
Fotonun müəllifi Reuters
Image caption Göy gürultusu, ildırım çaxması Londonun məşhur Wembley stadionu üzərində də gecə səmasına bəzək verib.
Fotonun müəllifi Karl McCarthy/@McCarthyKarl
Image caption Bu ildırımçaxma hadisəsi isə Wales-in cənubunda, Tredegar ərazisində lentə alınıb.
Fotonun müəllifi J/@dxtjxsh
Image caption Bu, göydə qəribə işıq rəqsi yaradan şimşək isə Londonun şərq hissəsində yerləşən Plaistow rayonunda qeydə alınıb.

Bu barədə daha geniş