Şəkillərdə: Dəniz canlıları plastik tullantıların pəncəsində

National Geographic dərgisi plastik tullantıların ətraf mühitə təsirini qabarıq göstərən şəkillər dərc edib.

Plastik tullantılardan ən çox zərər çəkən canlı təbiət və xüsusilə dəniz, okean, müxtəlif su hövzələrində yaşayan canlılardır.

Fotonun müəllifi NAtional Geographic

Plastik torbaya ilişmiş bu hacıleylək İspaniyada lentə alınıb. Quşun bəxti gətirib ki, fotoqrafa rast gəlib, həmin adam şəkli çəkəndən sonra quşu torbadan azad edib.

Fotonun müəllifi Jordi Chias / NAtional Geographic

Aralıq dənizinin İspaniya sahilinə yaxın olan hissəsində şəkli çəkilmiş bu tısbağa plastik kəndirlərdən toxunmuş köhnə balıqçı toruna ilişib qalıb.

Fotoqraf tısbağanı torun cəngindən azad etməsəydi, o, gec-tez öləcəkdi.

Köhnəlib atılan balıqçı avadanlığı tısbağa və digər növ dəniz canlıları üçün böyük təhlükə yaradır.

Fotonun müəllifi SHAWNMILLER2014

Yaponiyanın Okinava adasında bu krab, çimərlik qumluğunda gizlənmək üçün balıqqulağı tapmadığından plastik qapağın içinə sığınmağa məcbur olub.

Çimərliyə gələnlər balıqqularını suvenir kimi özləri ilə aparırlar, əvəzində isə sahil xəttinin plastik tullantılarla zibilləyirlər.

Fotonun müəllifi NAtional Geographic

National Geographic dərgisi buraxılışının böyük bir hissəsini plastik tullantılar probleminə həsr edib.

Su üzündə görünən tullantılar dünya okeanını zibilləyən plastik tullantı kütləsinin yalnız kiçik bir hissəsi ola bilər.

Fotonun müəllifi Randy Olson

Bu qadın plastik tullantıları Banqladeşdə, Dəkkə şəhərindən axan Buriqanqa çayında yuduqdan sonra sahildə qurudur.

Daha sonra bu plastik kütlə təkrar emala göndərilmək üçün dəllala satılacaq.

Dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur, ABŞ-da isə bu göstərici 10 faizdən də aşağıdır.

Fotonun müəllifi Brian Lehmann / National Geographic

Göreşənlər Efiopiyanın Harare şəhəri yaxınlığındakı plastik tullantılar zibilliyində dolaşır.

Bu heyvanlar artıq yeni reallığa öyrəşib.

Zibillikdə yeməli bir şey tapılacağını bilən heyvanlar yaxınlaşan zibil maşınlarının səsini eşidən kimi buraya toplaşır.

Fotonun müəllifi Randy Olson / NAtional Geographic

Madridin mərkəzindəki Cibeles fontanı tullantı plastik butulka kütləsinə görə tıxaclanıb.

Luzinterruptus adlı art qrupu Madridin iki fontanını 60 minədək plastik butulka kütləsi ilə doldurub ki, tullantıların ətraf mühitə vurduğu zərəri daha qabarıq şəkildə cəmiyyətə çatdırmaq mümkün olsun.

Fotonun müəllifi Justin Hofman / National Geographic

Bu fotonun müəllifi Justin Hofman deyib ki, "bu şəkli çəkməsəydi, özünə daha rahat hiss edərdi".

Dənizin dibindəki axınla üzmək üçün dəniz atları istənilən üzən əşyaya quyruğu ilə sarılaraq hərəkət etməyə adət edib.

Bu dəfə isə dəniz atının qarmağına plastikdən hazırlanmış qulaqtəmizləyən çöpü düşüb.

Bu barədə daha geniş