ADR 100: Britaniyalı rəsminin Fətəli Xan Xoyskilə görüşü barədə teleqramı

John Oliver Wardrop Fotonun müəllifi Public Domain

Bu teleqramında, Britaniyanın Zaqafqaziya üzrə Baş kommisarı John Oliver Wardrop, Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında de-fakto tanınmasının yanvarın 19-u tanınmasından sonra, Azərbaycanlı rəsmilərlə keçirdiyi ilk görüşdür.

Tbilisidə yerləşən baş komissar Azərbaycan Xalq Cumhuriyyətinin Britaniya üçün potensial bir müttəfiq kimi görürdü. Azərbaycanın o vaxtki xarici işlər naziri Fətəli Xan Xoyski görüşdə Azərbaycan hökumətinin narahatlıqlarını dilə gətirir və sözlərilə AXC-nin Britaniya ilə əlaqələrini təkmilləşdirmək istdəyini göstərir.

Teleqram:

Göndərilib: 20 yanvar 1920Gəbul olunub: 21 yanvar 1920

Wardrop, Tiflis

Məxfi. Azərbaycanın xarici işlər naziri Fətəli Xan Xoyski bu gün yanıma gələrək bir saat yarım mənimlə söhbətləşib.

Əvvəla, o məndən xahiş etdi ki, tanınmaq məsələsində təşəbbüsünüzə görə Azərbaycan Hökumətinin minnətdarlığını sizə çatdırım və öz ölkəsinin maraqlarının Əlahəzrət Kralın Hökumətilə birlikdə əməkdaşlıqda olduğunu tanıdığına görə əməkdaşklığa böyük həvəsi olduğunu qeyd edib.

O, nə Bolşevizm nə də ki, Gənc Türklərin intriqaları və ya Almaniya imperializmini Azərbaycanda istəmədyini deyib. O deyib ki, Azərbaycanda Nuri və Xəlil kimi insanların olması anlaşılmamazlığa səbəb olmamalıdır. O, onların Azərbaycana rəsmi olaraq gəlmədiklərini, onların kifayət qədər müşahidə edilmədiyini, lakin Bakını Bolşevik müdaxiləsindən xilas etdiklərini deyib və əlavə edib ki, yoldaşcasına gəlmiş qonaqlara qonaqpərvər məcburiyyətində idilər.

Zati-aliləri bu cür şəxslərə sığınacaq verilməsinə bizim təbii bəyənməmizi anladığını, lakin onların Azərbaycanın siyasətinə müdaxilə etməmlərinə imkan verilməyəcəyinə vəd verib. O, Türkiyə sisteminin Azərbaycan üçün iyrənc olduğunu qeyd edib. O Xəlil və Nurinin Bolşeviklərlə əlaqələrinin artıq pis olduğunu və onların az pulu qaldığını əlavə edib.

O, Azərbaycanın tanınmasından sonra təcili olaraq hərbi sursat şəklində maddi yardımla təmin olunmasının mühüm olduğunu qeyd edib. O, bunun xaricdən gələn təhlükədən daha çox daxili baxımdan hökuməti gücləndirməyə və xalqa inam vermək üçün lazım olduğunu deyib.

O, xaricdən gələn əsas təhlükənin Xəzər dənizindən olduğunu deyib. O, Azərbaycanın, Bakı limanındakı artilleriyanın BREACH BLOCKS və "Qars" və "Ərdəhan" gəmilərinin müdafiə üçün faydalı olan toplarının Britaniyalılar tərəfindən aparılmasından hələ də acılıq hissi keçirdyini deyib. O, bunların qaytarıldığı təqdirdə çox xoş təəssürat yaranacağını bildirib. Texniki baxımdan hərbi təlimatın da xoş qarşılanacağını qeyd edib.

Donanmaya gəldikdə, o gəmilərinin təmin olunması üçün Bakıdakı müəssisələrdən istifadə edilməyə imkan veriləcəyini, lakin yalnız gəmilərin təmin olunduğu vaxtı və təmirlərin bitməsindən sonra effektiv olaraq Britaniya tərəfindən idarə olması şərtilə. O, lazım gəldiyi halda ekipajların ruslardan ibarət olmasına qarşı olmadığını lakin zabitlərin (officers) mütləq Britaniyalı olmalarının vacib olduğunu deyib. O, Azərbaycanın Könüllü Orduya etibar edə bilməyəcəyini deyib.

Bundan sonra zati-aliləri uzun müddət Dağıstan barədə danışıb. O deyib ki, əgər Könüllü Ordu bu regiondan çıxarsa, Bolşevizm burada bir ay ərzində dağılar. Həqiqətən də lazım olarsa, Petrovksun donanma tərəfindən istiadə edilməsinə icazə verilə biləcəyini deyib, lakin Britaniyalıların gəmiləri Bakıya gətirib Xəzər dənizini öz nəzarəti altına götürməsinin daha yaxşı olduğunu qeyd edib. O, Azərbaycanın cənubi Dağıstanı öz nəzarəti altına götürərək orada Bolşevik təsiri məhv etməyə qadir olduğunu deyib. Mən ona bildirdim ki, hərhansı işğala qarşı olduğumu və Azərbaycanı bu sərhədi keçməməyə tövsiyə etdim, çunki bu Əlahəzrət Kralın Hökumətinin xoş niyyətinə zərər vura bilər və hərkəsə bəla gətirə bilər. Zati-aliləri mənim arzularımı yerinə yetirməyə niyyətli olduğunu və hərhansı bir təhlükəli hərəkət etməyəcəyini bildirib. O, indiyədək Dağıstana göndərilən Azərbaycanlılarln sadəcə Bolşevizmə qarşı təxribatda məşqul olan mülki şəxslər olduğunu deyib.

Mən bildirdim ki, İrəvan-Culfa dəmir yolununun fəaliyyətinə müdaxilə siyasi və iqtisadi baxımdan narhatedicidir. Xarici İşlər Naziri mənə cavabında bildirdi ki, nəqliyyatın bərpa olunması üçün əlindən gələni edəcək. Mən ondan Gürcüstan və Azərbaycan arasında Bolşevizmə və Könüllü Orduya qarşı ictimaiyyətə bəyan edilmiş birgə müdafiə razılığından başqa bir razılığın mövcud olub-omamasını bilavasitə soruşdum. O, yazılı şəkildə başqa bir razılığın olmadığını, lakin hökumətlər arasında əlaqələrin səviyyəsinə görə, hər iki tərəfin digərini tam şəkildə dəstəkləyəcəyindən əmin olduğunu deyib. O, Dağıstan və ya Xəzər dənizi tərəfindən hücum olduğu təqdirdə Gürcüstanın bütün hərbçilərini və silahlarını Azərbaycanını dəstəyinə göndərəcəyindən əmin olduğunu əlavə edib.

Getməmişdən əvvəl, zati-aliləri ümumiyyətlə Zaqafqaziya üçün Batumun müdafiəsinin əhəmiyyətini qeyd etmək istədiyini deyib. O, Batumun açıq saxlanılmasını Avropaya və dövlətlrə bir tələb olduğunu deyib. O, qeyd etdi ki, qə qədər ki, Britaniya bu limanı və Azərbaycana yaxınlıqda bir ərazini nəzarəti altında saxlayırsa, onlar bu regionun statusu barədə qayğı keçirmirlər. Lakin, o əlavə etdi ki, Azərbaycan hazırda olduğumu kimi limanın həmişə azad olmasını dəstəkləyir. Onu narahat edən Bakının qəflətən tərk edilməsinə səbəb olan kimi bir qəfl qərarın təkrarlanaraq Azərbaycanı Qərbdən kəsilməsidir. Mən ona bildirdim ki, Batumun statusunun dəyişdirilməsinə dair qərarın nəzərdən keçirilməsinə şübhəm yoxdur.

Zatı-aliləri məndən xahiş etdi ki, dediklərini sizə çatdırım və sizə bildirmək istədi ki, o Azərbaycanla Böyük Britaniyanın maraqlarının birgə olduğu qənaətindədir. O, məndə yaxşı təəssürat yaratdı və mən onun etibarlı olduğuna inanıram, lakin məncə o Azərbaycanda Gənc Türkləri dəstəkləyənlərin təsirini bir qədər zəif qiymətləndirir.

O, Ermənistanın Baş Naziri ilə danışmaq niyyətindədir və mənə bildirib ki, hər iki tərəfdə keçmiş münaqişələrə son qoymağa böyük arzu var və bir razılıq əldə edilməsindən əmindir. O, bütün mübahisəli məsələlərin arbitraja verilməsi niyyətində olduğunu təkrarlardı. Xarici İşlər Naziriliyi 37, Konstantinopol 26, Tehran 20 və Mackinder 17-yə göndərilib.

Bu barədə daha geniş