Qvatemalada vulkan püskürməsi: ölənlərin sayı 69-a çatıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qvatemalada vulkan püskürməsi nəticəsində onlarla adam ölüb

Qvatemalada bazar günü Fuego vulkanının püskürməsi nəticəsində azı 69 nəfər həlak olub, rəsmilər bildirib.

Vulkan püskürməsindən sonra itkin düşmüş insanların axtarışında hərbçilər də yanğınsöndürmə əməkdaşlarına kömək etməkdədirlər.

Paytaxt Quatemala şəhərindən 40 km aralı yerləşən vulkanın püskürməsi nəticəsində ətrafa daşmış yanar lava yaxınlıqdakı yaşayış məntəqələrinə çatıb.

Nəticədə insanlar öz evlərində olarkən həlak olub.

Minlərlə insan müvəqqəti düşərgələrə yerləşdirilib.

Fotonun müəllifi Guatemala Government
Image caption Fuego vulkanı kül və tüstü püskürür.

Yüzlərlə insan yaralanıb, bundan daha çox sayda adam itkin düşüb.

Ölkənin əsas aeroportunun işi dayanıb.

Prezident Jimmy Morales ölkədə üç günlük matəm elan edib.

Fotonun müəllifi Reuters

Həlak olanlar arasında bir neçə uşağın olduğu bildirilir.

Ölkənin dörd bölgəsində vulkanın püskürməsindən ümumilikdə 1,7 insanın zərər çəkdiyi qeyd olunur.

Rəsmilər əhaliyə ətrafa çökən kül və hisdən qorunmaq üçün maska taxmağı məsləhət görüblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş