Avstraliyada nar yemiş qadın hepatit A virusundan ölüb

A cut pomegranate Fotonun müəllifi EPA
Image caption Avstraliyada dondurulmuş nar dənələri paketləri vasitəsilə hepatit A virusuna 24 yoluxma halı qeydə alınıb.

Avstraliayada bir qadın dondurulmuş nar paketindən hepatit A virusuna yoluxduqdan sonra ölüb.

Cənubi Avstraliyada baş vermiş hadisə nəticəsində 64 yaşlı qadının ölümü ştatın rəsmiləri tərəfindən "nadir və faciəvi" hadisə kimi qiymətləndirilib.

Yerli rəsmilər Creative Gourmet adlı Avstraliya şirkətinin məhsulları barədə aprel ayında xəbərdarlıq yaymışdılar.

Bu xəbərdarlıq ölkə miqyasında hepatit A virusu ilə əlaqəli aşkar edilmiş 24 hadisəyə görə edilmişdi.

Avstraliyalılara soyuducularını yoxlamaq və dondurulmuş meyvə paketləri varsa, soyuducunu onlardan təmizləmək çağırışı edilib.

Söhbət Misir məhsulu olan və alıcılara satılmış 2000-dən çox nar dənəsi paketlərindən gedir.

Avstraliyada becərilib böyüdülmüş nar məhsuluna isə bu xəbərdarlıq aid deyil, rəsmilər bildirib.

Cənubi Avstraliyanın baş tibb rəsmisi professor Paddy Phillips-in qeyd deyib ki, "ölkədə geri çağrılmış məhsuldan xəstələnib ölən yalnız bir qadın olduğu qeydə alınıb".

Onun sözlərinə görə, adı çəkilən məhsulun təsirini hiss etmiş qalan insanlar hazırda tamamilə sağalıb və bundan sonra həmin məhsulla bağlı yeni xəstəlik hallarının baş verməsi gözlənilmir.

Hepatit A ilk növbədə ciyəri sıradan çıxarır və adətən nəcis vasitəsilə, cinsi əlaqə və ya üstünə virus düşmüş məhsul və əşyalara toxunma yolu ilə yaylır.

Xəstəliyin inkişafı 15 gündən 50 günədək çəkə bilər və dərinin saralması, qızdırmanın qalxması və ürək bulanması kimi simptomlarla müşayiət oluna bilər.

Bu barədə daha geniş