Avstraliya: Melbourne supermarketi çılpaq çəkilişlər ustası Spencer Tunick-ə fotosessiya üçün icazə verib

Car park on top of Woolworths, Prahran, Melbourne VIC Fotonun müəllifi SPENCER TUNICK
Image caption Iyulun 9-da Melbourne-daki bu avtomobil dayanacağı parkı çılpaq sessiyada iştirak etmək üçün gələn insanlarla dolu olacaq.

Avstraliyada Woolworths supermarketlər şəbəkəsi bildirib ki, ABŞ fotoqrafı Spencer Tunick çılpaq fotosessiya keçirmək üçün supermarketin damındaki avtomobil dayanacağı parkından istifadə edə bilər.

Beləliklə, supermarket öz əvvəlki qərarını dəyişmiş oldu.

Aprel ayında Woolworths Tunick-in xahişinə rədd cavabı verərək, bildirmişdi ki, şənbə günü belə bir tədbirin keçirilməsi supermarketə gələn alıcılara maneçilik törədə bilər.

İnternetdə fotosessiyanın keçirilməsi üçün petisiya təşkil edildikdən sonra Woolworths mövqeyini dəyişərək bildirib ki, Spencer Tunick öz fotosessiyası üçün supermarketin damındakı avtomobil dayanacağından bazar ertəsi səhər tezdən 1 saat ərzində istifadə edə bilər.

Woolworths sözçüsü bildirib ki, fotosessiya təşkilatçıları tədbirin supermarket müştərilərinin maraqları nəzərə alınmaqla uyğun tarix və vaxtda keçirilməsinə razılıq veriblər.

İyilun 9-da keçiriləcək çılpaq fotosessiyada iştirak etmək üçün artıq 11000 adam qeydiyyatdan keçib.

Fotonun müəllifi Getty Images
Image caption Spencer Tunick-in Sydney Opera House kompleksində 2010-cu ildə keçirdiyi fotosessiyada minlərlə adam iştirak edib.

ABŞ fotoqrafı Spencer Tunick dünya boyu çılpaq fotosessiyalar təşkil etməklə məşhurlaşıb.

Bundan əvvəl onun Melbourne şəhərində keçirdiyi fotosessiyada 4000 könüllü iştirak etmişdi.

Bu barədə daha geniş