Bu gün futbol üzrə Dünya Çempionatı 2018 başlayır

Dünya Çempionatı 2018

Bu gün Rusiyada futbol üzrə Dünya Çempionatı 2018 başlayır.

Artıq 32 yığma komanda Rusiyadadır. Ölkəyə gələn axırıncı yığma Yaponiya olub.

XXI çempionatın açılışı Bakı vaxtilə 18:30-da gözlənir.

Açılış mərasiminə 20-dən çox ölkənin başçısı qatılıb. Azərbaycan prezidenti İlham Əliyev mərasimə qatılmaq üçün həftənin çərşənbə günü Rusiya paytaxtına gedib.

İlk oyunda A qrupunda olan Səudiyyə Ərəbistanı ilə Rusiya yığması qarşılaşacaq.

Oyunlar Rusiyanın 11 şəhərində keçiriləcək.

DÇ-2018-də Rusiya, Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka, Braziliya, Kolumbiya, Uruqvay, Argentina, Peru, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və digər ölkələrin komandaları yarışacaq.

Bukmeykerlər əsas favorit qismində Almaniya millisini görürlər. Joachim Löw-ün rəhbərlik etdiyi kollektivin çempionluq əmsalı 5.00-dır. Braziliyada bu göstərici 5.50, Fransada 6.00, İspaniyada 6.50, Argentinada isə 8.50-dir. Hərçənd, çempionatın startına bir gün qalmış baş məşqçi Xulen Lopeteginin Fernando Yerro ilə əvəzlənməsi ispaniyalıların şanslarına da təsir edəcək.

Təqvimə görə final oyunu iyulun 15-də Moskvada keçiriləcək

Bu barədə daha geniş