Elman Rüstəmov: "Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi"

manat dollar Fotonun müəllifi Reuters

"Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir", - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov deyib.

Bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bank sədir bildirib ki, devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı "qənaətbəxş səviyyədə deyil".

O deyir ki, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: "Bu, devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər".

200 manatlıq əskinas

Elman Rustəmov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı buraxılan 200 manatlıq əskinaslardandan da danışıb. O deyib ki, bu əskinaslarla 100 manatlığa çəkilən xərc eynidir.

"200 manalıq əskinasların buraxılması dövlət xərclərinin azaldılmasına, dövriyyənin azaldılmasına da təsir edir", Elman Rustəmov deyib.

Sədr əlavə edib ki, hazırda əsas məqsəd dövriyyədə nağd pulun xüsusi çəksinin azaldılmasıdır.

Fotonun müəllifi cbar.az

Uçot dərəcəsi üçün komfort zona

Elman Rüstəmovun sözlərinə görə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. "Mərkəzi Bank üçün uçot dərəcəsinin 8 faiz səviyyəsində olması komfort hesab olunur", o əlavə edib.

Sədr deyib ki, ilin ikinci yarısında inflyasiya aktivləşərsə, bu komfort zona dəyişə bilər: "Ümumilikdə isə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Məqsədimiz birrəqəmli inflyasiya, məqbul volatilliyə və proqnozlaşdırıla bilən məzənnəyə nail olmaqdır", - o vurğulayıb.

Sədr şəxsən seminar keçəcək

Elman Rüstəmov hesab edir ki, mətbuat nümayəndələrinin "həyacanı", "düzgün praktik nəticə verməməyi proseslərə neqativ təsir edir".

MB sədri deyib ki, mətbuat nümayəndələrini maarifləndirmək üçün "onlara şəxsən seminarlar keçəcək".

Bu barədə daha geniş