Dağ yamaclarında həyat: Haiti xarabalıqlarında yoxsulluq və qürur

A young girl plays hopscotch in front of her house while her friends and neighbours look on Fotonun müəllifi Tariq Zaidi

Jalousie Haiti paytaxtının yoxsul rayonlarından biri sayılır. Burada su kəməri və kanalizasiya sitemi yoxdur, elektrik enerjisi təchizatında tez-tez kəsilmələr baş verir, ətraf plastik zibillə doludur.

Təxminlərə görə, indi Jalousie-də təxminən 80 min adam yaşayır.

Çoxları bura 2010-cu ilin dəhşətli zəlzələsindən sonra gəlib.

Bütün çətinliklərə və yoxsulluğa baxmayaraq, bu məhəllənin sakinləri ümid və qürurla yaşamağa güc tapırlar.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Ckimy adlı bu qızın 16 yaşı var, o, Jalousie-də doğulub.

Haiti paytaxtı Port-au-Prince-ə gələn tursitlər çox vaxt Jalousie məhəlləsini yalnız avtobus və taksi pəncərəsindən görürlər. Məhəllə paytaxtın kənarında, Morne L'Hôpital dağının yamacında yerləşir.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Jalousie məhəlləsinin məsafədən görünüşü

2013-cü ildə hökümət dəyəri 1.4 milyon dollar olan layihə çərçivəsində məhəllədəki daxmaları rənglədib.

Tənqidçilərin sözlərinə görə bu, ona görə edilib ki, məhəllə zənginlərin yaşadığı Pétion-Ville rayonundan açılan mənzərəyə tamaşa edənlərin kef-əhvalını pozmasın.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Yerli sakinlər

Bu məhəllə 60 il bundan əvvəl yaranıb.

Məhəllədə işıq olmayanda camaat şam və lampa yandırır, yeməyi kömür odununda hazırlayır. Yağışdan sonra evlərin qarşısı plastik zibillə dolu olur.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Qadın zibillik qarşısında durub.

Bu cür aşırı yoxsulluq şəraitində yaşayan yerli sakinlər qürurla yaşamaq üçün gərgin əmək və səylərini əsirgəmirlər.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Sakinlər özləri idman alətləri hazılayıb idmanla məşğul olurlar.
Fotonun müəllifi Tariq Zaidi
Image caption Jalousie-nin əsas idman meydançasında uşaqlar futbol oynayır
Fotonun müəllifi Tariq Zaidi
Image caption Eglise Yevangelik Baptist kilsəsi

Jalousie camaatı gözəlik salonları və restoranlar kimi kiçik bizneslə məşğuldirlar.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Jalousie-də Gözəllik salonlarından biri
Fotonun müəllifi Tariq Zaidi
Image caption Yerli restoranlardan birində qadınlar düyü təmizləyir.

62 yaşlı Loreu kömür dükanını işlədir. Onun 4 uşağı var və Jalousie-də 40 ildən çoxdur ki, yaşayır.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Loreu dükanının qarşısında durduğu zaman.

Gərgin əməyə baxmayaraq, Jalousie-də ailələrin 85 faizi ehtiyac içində yaşayır.

35 yaşlı Jean Michelle avtomobil dayanacağı parkında mühafizəçi işləyir. O, 2004-cü ildən bir otaqda 3 uşağı ilə yaşayır.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Jean Michelle 7 yaşlı Fatdjoulie adlı qızına dərsini etməyə kömək edir. Kənarda isə bu evin daha bir sakini Catrine Telamoure yatır.

Haiti qərb yarımkürəsinin ən yoxsul ölkəsidir və hazırda 2010-cü ildə baş vermiş zəlzələnin mənfi nəticələrini aradan qaldırmağa çalışır.

Həmin zəlzələ zamanı 200,000-dən çox adam həlak olmuşdu.

Bu yaxınlarda keçirilmiş sorğuya əsasən, ölkə əhalisinin yarıdan çoxu günə 2.41 dollar düşən yoxsulluq səviyyəsindən aşağı yaşayır.

Haiti əhalisinin 74 faizi hazırda xarabalıqlarda yaşayır.

Jalousie-da su kəməri də yoxdur. Sakinlər suyu vedrələrlə daşıyır. Təxminən 20 litr su tutan vedrəni doldurmaq 0.35 sentə, (60 qəpik) başa gəlir.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Qızlar evlərinə su daşıyırlar

Jalousie məhəlləsinin yerləşdiyi dağlıq ərazi seysmik fəallıq baxımından təhlükəli zonaya təsadüf etdiyindən burada yaşayış perspektivi də ürəkaçan deyil.

Palçıq selinin yaranması riski yüksəkdir.

Təxminən 1300 ev uçqun riski altında olduğundan dağ yamacının aşağı hissəsində yaşayan sakinlərin də həyatı daima təhlükə altındadır.

Fotonun müəllifi Tariq Zaidi
Image caption Qadın vedrədə evinə su daşıyır

Fotoreportaj müəllifi - Tariq Zaidi.

Bu barədə daha geniş