Kanada marixuananın zövq üçün istifadəsini qanuniləşdirib

Kanada, marixuana, qanuni, leqal istifadə Fotonun müəllifi AFP/GETTY
Image caption Kanada marixuananın zövq üçün istifadəsini qanuniləşdirib

Kanada parlamenti marixunanın zövq üçün istifadəsi haqqında qanun qəbul edib.

Qanun layihəsinə qarşı 29 səs verilib, amma onu dəstəkləyənlər 52 səslə qanunun qəbuluna nail olub.

Qanun layihəsi baş nazir Justin Trudeau-nun rəhbərlik etdiyi Liberal partiyanın 2015-ci ildəki seçkilərdə verdiyi vədlərdən biri idi.

Qanun marixuananın hansı şəkildə becərilməsini, paylanmasını və satılmasını tənzimləyir.

İstifadəçilərin marixuananı ictimai yerlərdə istifadə edib etməyəcəyinə yerli orqanlar qərar verəcək.

Qanunun sentyabr ayından qüvvəyə minəcəyi gözlənilir.

G7 ölkələri arasında ilk

Kanada dünyanın inkişaf etmiş yeddi ölkəsinin üzv olduğu "G7 ölkələri" arasında marixuananın zövq üçün istifadəsini qanuniləşdirən ilk ölkə olub.

Ölkədə marixuananın istifadəsi 1923-cü ildən bu yana cinayət hesab olunub, amma 2001-ci ildən tibbi istifadəsi qanuniləşib.

Xüsusilə gənc kanadalılar dünyada ən çox marixuana istifadə edənlər sırasındadır.

Kanada höküməti qanunun qəbulu ilə qanuni marixuana satışına ciddi nəzarət edəcəyini, onun gənclərə çatmasını çətinləşdirəcəyini və bununla qanunsuz dövriyyəni əsas gəlir qaynağından məhrum edəcəyini deyir.

Bu barədə daha geniş