Times: Erdoğan seçki ümidini kartof qiymətinə bağlayır?

Getty Images Fotonun müəllifi Getty Images

İngiltərənin Times qəzeti yazır ki, Türkiyədə artan ərzaq qiymətləri və iqtisadiyyatın hazırkı vəziyyəti bazar günü baş tutacaq seçkilərdə prezident Recep Tayyip Erdoğan-ın uğur qazanmasına mənfi təsir edə bilər.

Xəbərdə iqtisadiyyat naziri Nihat Zeybekci-nin qiyməti artan soğan və kartofun idxal ediləcəyini barədə dedikləri qeyd edilir.

"Bu məhsulların idxal edilməsinə icazə verəcəyik. Türkiyəyə soğan və kartofun gətiriləcəyi miqdar və ölkə məlumdur. Soğan, kartof qiymətində spekulyasiyaya icazə vermərik. Ümumi bir icazə şəklində yox, məhdud miqdarda paket şəklində olacaq", bir müddət əvvəl Nihat Zeybekci deyib.

Xəbərə görə, keçən ay İstanbulda 1 kiloqram soğanın qiyməti 2 dəfə, 1 kiloqram kartofun qiyməti isə 94 faiz artıb.

Süd məhsullarının qiymətlərinin də artdığı bildirilir.

Metropoll: AKP ilə MHP-nin səsi 46,2 faizdir

Times yazır ki, AKP parlamentdə çoxluğu itirə bilər.

Prezident Erdoğan parlamentdə 300-dən artıq kürsü qazanacağı halda AKP və MHP-nin koalisiyanı düşünə biləcəklərini söyləyib. Times Erdoğanın bu ehtimalı "çox, çox aşağı" hesab etdiyini də yazıb.

Xəbərdə, ictimai sorğulara əsaslanaraq seçicilərin yalnız 46,2 faizinin bu iki partiyadan birinə səs verməyi planlaşdırırdığı da vurğulanır.

Metropoll-un sorğusuna görə, CHP-nin prezident namizədi Məhərrəm İnce seçkinin ikinci turunda Erdoğana çətinlik yarada bilər.

Bu barədə daha geniş