Muharrem İnce: "Küçükkaya-ya dostcasına mesaj göndərməklə səhv etdim”

seçkilər Fotonun müəllifi YASIN AKGUL/AFP/Getty Images
Image caption Muharrem İnce

CHP-nin prezidentliyə namizədi Muharrem İnce mətbuat konfransında deyib ki, onu "heç kim hədələməyib və seçki nəticələrini qəbul edir". O, haqqında çıxan təhdid xəbərlərinin yalan olduğunu bildirib:

"İlk öncə uydurma xəbərlərdən başlayım. Məni heç kim təhdid etməyib. Təhdid edəcək adam da hələ yer üzünə gəlməyib. Yox bir, mən saraya getmişəm! Bunların hamısı uydurmadır", - o deyib.

Muharrem İnce Türkiyənin yeni prezidenti Recep Tayyip Erdoğana mesaj verib:

"Cənab Erdoğan, lütfən, artıq bu gündən sonra AKP sədri kimi davranmayın. 81 milyonun prezidenti olun".

Cənab İnce seçkilərin elan edilməsindən başlayaraq nəticələrin açıqlanmasına qədər hər şeyin ədalətsiz keçdiyini iddia edib:

"Səsverməyə müdaxilə edildiyini, müxtəlif qanunsuzluqlara yol verildiyini gördük. Suruç və Ərzurum bölgəsində yaşananlarla bu seçkilər qanın bulaşdığı seçki olaraq tarixə düşdü".

Muharrem İnce seçki müşahidəçilərinin onlara verdiyi protokollarla Yüksek Seçim Kurulunun (Mərkəzi Seçki Komissiyası) nəticələri arasında böyük fərq olmadığını və buna görə də seçkinin nəticələrini qəbul etdiyini bildirib.

"… üzr istəyirəm"

Cənab İnce dünən açıqlama verməməsi barədə suallara "jurnalist İsmail Küçükkayaya dostcasına mesaj atdığını və bunun xəbər olacağını təxmin etmədiyini" deyib.

"Bunun twitlərlə öyrənilməsi yaxşı olmayıb, bu mövzuda mənim səhvim var. Protokolları izləyirdim, xüsusi açıqlama verəcəkdim. Mənim kimi təcrübəli siyasətçi bunu etməməliydi. Üzr istəyirəm. Demək, jurnalistlərlə dost olarkən, daha diqqətli olmaq lazım imiş".

Muharrem İnce səslərin oğurlandığını, lakin bunun nəticələri dəyişdirməyəcəyini deyib:

"Səsləri oğurlayıblarmı? Bəli. 10 milyon oğurlayıblarmı? Xeyr".

O, nəticələri qəbul edə bilməyənlərin yarışa girməməli olduğunu bildirib.

CHP namizədi deyib ki, topladıqları 30 faiz səsin içində millətçilər də, HDP-çilər də, AKP-çilər də, İYİ Partiyaçılar da var.

Cənab İnce "Məğlub olmusunuzsa, məğlub olmusunuz. Bunu qəbul edə bilmərəm, küçələrə çıxaq kimi bir şey deyil bu. Bu, demokratiya deyil" deyib.

Muharrem İnce Recep Tayyip Erdoğanla görüşmədiyini, "Dünən axşam Erdoğan-la məşğul olmağa halım yox idi, protokollarla məşğul idim" söyləyib.

Bu barədə daha geniş