ABŞ-ın Ali Məhkəməsi Trump-ın səfər qadağasını təsdiqləyib

Trump Fotonun müəllifi AFP/ GETTY IMAGES

ABŞ-ın Ali Məhkəməsi prezident Donald Trump-ın əhalisinin çoxunun müsəlman olduğu 5 ölkənin vətəndaşlarını əhatə edən səfər qadağasını təsdiqləyib.

Aşağı məhkəmə bunun konstitusiyaya zidd olduğunu hesab etsə də, Ali Məhkəmə 5-4 səs çoxluğu ilə birinci qərarı ləğv edib.

Ağ Evdə cənab Trump-ın təklif etdiyi "divar sərhədi" müzakirə olunarkən, o, məhkəmə qərarını "böyük uğur" kimi qiymətləndirib.

Qərar Trump administrasiyasının qələbəsi kimi dəyərləndirilib.

Səfər qadağası İran, Liviya, Somali, Suriya və Yəməndən olan bir çox insanın ABŞ-a daxil olmasını qadağan edir.

Trump Ali Məhkəmənin qərarının "millət və konstitusiya üçün böyük qələbə olduğunu" deyib.

"Biz sərt olmalıyıq və biz təhlükəsizlikdə olmalıyıq", - Trump deyib.

Fotonun müəllifi Reuters
Image caption İnsanlar Ali Məhkəmənin Trump administrasiyasının "səfər qadağasını" təsdiqləməsinə etiraz edir

Trump "Əgər Avropa Birliyinə baxsanız, görərsiniz ki, onlar indi mühacirət siyasətini sərtləşdirir, çünki onlar artıq həddi keçiblər" deyib.

"Və düzü, o ölkələrin bir çoxu artıq "həmin ölkələr" deyil", - cənab Trump əlavə edib.

Ali Məhkəmənin təsdiqlədiyi səfər qadağası bir çox qaçqın və insan haqları qrupları tərəfindən tənqid edilirdi.

Məhkəmə qərarından az sonra Donald Trump Twitter hesabında "Ali Məhkəmə Trump-ın səyahət qadağasını təsdiqləyib" yazıb.

Səfər qadağası nədir?

Səfər qadağası beş müsəlman ölkəsindən - İran, Liviya, Somali, Suriya və Yəməndən olan mühacirlərin, qaçqınların və viza sahiblərinin böyük qisminin ABŞ-a girişini qadağan edir.

Prezident Trump vəzifəyə gəldikdən qısa müddət sonra bu qadağanı imzalamışdı.

Qadağanın ilk layihəsi Suriya, İraq, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarını əhatə edirdi.

İraqın çıxarıldığı siyahıya 2017-ci ildə Venesuela, Şimali Koreya, Çad da əlavə edilmişdi. Çad da daha sonra siyahıdan çıxarılmışdı.

Venesuela və Şimali Koreyaya aid qadağa isə Ali Məhkəməyə qədər aparılmamışdı.

Bu barədə daha geniş