Fransada residivist qanqster həbsxanadan helikopterdə qaçıb

Redoine Faid Fotonun müəllifi AFP
Image caption Redoine Faidin adı 2013-cü ildə Interpol-un axtarış siyahısına daxil edilmişdi.

Fransada məşhur bir qanqster silahlı adamların köməyilə helikopterdə həbsxanadan qaça bilib.

Fransa hüquq mühafizə orqanlarının yaydığı məlumata əsasən, 46 yaşlı residivist Paris yaxınlığındakı ərazidə yerləşən həbsxanadan helikopter vasitəsilə qaçıb.

Qaçışdan əvvəl, helikopter Faidin saxlandığı həbsxananın həyətinə enərkən, bir neçə silahlı kişi həbsxananın girəcəyi qarşısında nəzarətçilərin diqqətini yayındırmağa çalışıblar.

Faidin qaçışı zamanı heç kimə zərər dəyməyib.

Fotonun müəllifi AFP/Getty Images

Bir müddətdən sonra polis həmin helikopteri qonşu rayonun ərazisində atılmış vəziyyətdə aşkar edib.

Helikopterin pilotu girov götürülüb.

Fotonun müəllifi AFP
Image caption Faidin saxlandığı həbsxana

Faid, qadın polis əməkdaşının ölümü ilə nəticələnmiş qarət cəhdinə görə 25 illik həbs cəzasını çəkirdi.

İndiki qaçış sayca onun həbsxanadan ikinci qaçışıdır.

2013-сü ildə o, həbsxanaya gətirildikdən artıq yarım saat sonra qaça bilmişdi.

Bu barədə daha geniş