Yaponiyada sel və daşqın: 60-dan şox adam ölüb, qurbanların sayı artır

Наводнение Fotonun müəllifi Getty Images
Image caption Okayama prefekturasında daşqına məruz qalmış evlər

Yaponiyanın qərbində baş vermiş leysan yağışlar və daşqın nəticəsində azı 64 nəfər həlak olub, daha 40 nəfər itkin düşüb.

Daşqın başlayarkən suyun səviyyəsi sürətlə artdığından, insanlar evlərindən çıxmağa vaxt tapmayıblar.

Bəziləri su və zibil qatı altında qalıb.

Sinoptiklərinin bildirdiyinə görə, ölkə bu dərəcədə güclü yağışlarla indiyədək üzləşməmişdi.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Yaponiyada görünməmiş sel və daşqın nəticəsində onlarla adam ölüb və itkin düşüb

Daşqın var gücü ilə özünü Hiroşima və ətraf ərazilərdə göstərib.

Daşqına məruz qalmış ərazilərdən 2 milyona yaxın insan evakuasiya edilib.

Bazar günü Yaponiyanın baş naziri Şinzo Abe "çox sayda insanların itkin düşdüyünü, digərlərinin yardıma ehtiyacı olduğunu bildirib".

Son bir neçə gün ərzində Yaponiyada iyul ayı üçün yağıntı normasından 3 dəfə artıq həçmdə yağış yağıb.

Ölüm hallarının əksəriyyəti Hiroşima prefekturasının Motoyama çəhərində baş verib.

Burada cümə günündən şənbə günün səhər çağlarınadək yağıntının qalınlığı 583mm təşkil edib.

Fotonun müəllifi PA
Image caption Daşqın var gücü ilə özünü Hiroşimada göstərib
Fotonun müəllifi AFP
Image caption Torpaq sürüşməsi nəticəsində yollar dağılıb
Fotonun müəllifi PA
Image caption Xilasetmə işlərində ordu, polis və yanğısöndürən qüvvələr iştirak edir

Əlaqəli mövzular

Bu barədə daha geniş