Xorvatiya və Belçikanın futbol uğurunun sirri

Belgium team celebrating at World Cup 2018 Fotonun müəllifi Getty Images
Image caption Belçika Dünya Kubokuna qazanmaq şansı olan dünyanın ən kiçik ölkəsidir.

Belçika və Xorvatiya Dünya Kuboku-2018 yarımfinalına dünyanın ən qüdrətli futbol güclərini məğlub edərək keçiblər.

Belə kiçik ölkələrin yarımfinala nadir halda keçdiyi nəzərə alınanda isə, onların finala çıxması gözümüzə daha da böyük görünür.

Belçika finalda qələbə qazanarsa, o, ərazi ölçüsünə görə bu turnirlərdə qələbə qazanan ən kiçik ölkə olacaq - Belçikanın ərazisi 30 min kvadrat kilometrdən bir qədər böyükdür.

Cəmi 4,1 milyon əhalisi olan Xorvatiya isə 1950-ci ildə Uruqvayın qələbəsindən sonra Dünya Kubokunu qazanmaq şansı olan, əhalisi ən azsaylı ölkədir.

Rusiyadakı Dunya Kubokunda yarışan 32 ölkədən yalnız İslandiya, Uruqvay və Panamada əhalinin sayı Xorvatiya əhalisindən azdır.

Yarımfinallarda

Belçika və Xorvatiyanın bu yay Rusiyadakı uğuru geniş yayılmış futbol stereotiplərinə uyğun gəlmir: həmin stereotiplərə görə, ölkə nə qədər böyük olsa, istedadlar tapmaq imkanı və idmanda uğur qazanmaq şansı da o qədər də böyük olur.

Keçmiş Dünya Kuboklarına baxanda, Uruqvay istisna olmaqla , əksər qalib ölkələrin əhalisi çoxsaylı olub - Braziliya (207 miliyon), Almaniya (83 milyon), Fransa (67 milyon), Italiya (60 milyon), İngiltərə (53 milyon) və Argentina (43 milyon).

Həm Belçika, həm də Xorvatiya bu trendləri alt-üst ediblər.

Futbolundan daha çox öz şokoladı, pivəsi və kartof qızartması ilə tanınan Belçika bundan əvvəlki Dünya Kuboklarında yarımfinala 1986-cı ildə çatmışdı və o zaman Belçikanı yalnız Diego Maradonanın Argentina komandası dayandıra bildi.

1998-ci ildə Fransada yarımfinala doğru yolda Xorvatiya, futbol dünyasını Almaniyanı məğlub etməklə şoka saldı.

Bu qələbə ölkə üçün hətta 1990-cı illərdə Balkan müharibəsinin başa çatmasından daha təsirli oldu.

Fotonun müəllifi Getty Images
Image caption Uruqvay, Dünya Kubokunu qazanmış ölkələr arasında əhalisi ən az olanıdır.

Onlar buna necə nail olublar?

Əlbəttə, kiçik ölkələr də idmanda qələbə qazanmağın nə olduğunu dadıb.

Buna ən aşkar nümunə cəmi 2,1 milyon əhalisi olan Yamayka təmsilçisi, sprint qaçışı üzrə çoxsaylı qızıl medalların sahibi Usain Bolt-dur.

Belçika və Xorvatiya futbolda uğura öz ən yaxşı keyfiyyətləri hesabına nail olublar.

Belçikanın üstünlüyü pul və idmanın populyarlığındadır.

Belçika dünyanın ən zəngin 20 ölkəsi arasındadır və belçikalılar idmana çox ciddi yanaşırlar.

Aİ statistikasına görə, Belçikada 2010-cu ildə 17 000 futbol klubu olub, həmin klubların öz sıralarına cəlb etdiyi üzvlərin ümumi sayı isə təxminən 1,35 milyon təşkil edib – bu isə əhalinin təxminən 10 faizi deməkdir.

Gənc oyunçuların inkişafı

1986-cı ilin Dünya Kubokundakı uğurdan 20 il sonra Belçika futbol rəsmiləri gənc istedadların ölkənin futbol klublarında inkişafı üçün tədbirlər planını işləyib hazrladılar.

Görülmüş tədbirlərin bəhrəsini Belçika futbolunun yeni "qızıl nəslinin" nümayəndələri Eden Hazard, Kevin De Bruyne və Romelu Lukaku bu yay Rusiyada nümayiş etdirdilər.

Yeri gəlmişkən, valideynləri Konqo Demokratik Respublikasından (KDR) olan Romelu Lukaku, eyni zamanda, Belçika əhalisinin immiqrant kəsiminin birinci və ikinci nəsil istedadların inkişaf etdirilməsi proqramının uğur nümünəsi və reklamı da sayılmaqdadır.

Rusyada keçirilən Dünya Kuboku finalına çıxmaq uğrunda Fransa ilə oynayacaq Belçika komandasında kökləri KDR, Mərakeş, Portuqaliya və Kosovodan olan futbolçular çıxış edəcək.

Xorvatiyanın Belçika ilə müqayisə ediləcək maliyyə imkanları yoxdur, lakin Xorvatiya idmanda ardılcıl olaraq uğurlar qazanmaqdadır.

2016-cı ilin Olimpiya oyunlarında Xorvatiya 207 ölkə arasında 17-ci yeri tutdu, müqayisə üçün, Olimpiadanı qəbul edən ölkə Braziliya 13-cü yerə çıxdı.

Fotonun müəllifi Getty Images
Image caption Luka Modric 1998-ci ilin uğurunu təkrar etmək ümidində olan Xorvatiya komandasının liderlərindəndir.

Dövlət investisiyaları

Xorvatiyanın uğuru hələ Yuqoslaviya dövründə idmana yatırılmış dövlət investisiyalarının bəhrəsilə bağlı ola bilər.

“Bizdə futbol, həndbol, basketbol və su polosu kimi idman növlərində təlim-məşq səviyyəsinin keyfiyyəti yüksəkdir", - Xorvatiya Futbol Federsasiyasının keçmiş rəhbəri Romeo Jozak qeyd edib.

Xorvatiyada futbolun əhatəliyi dərəcəsi də gözlənilməz sürətdə yüksəkdir.

Belə ki, Xorvatiyada qeydiyyatdan keçmiş futbolçuların sayı 120 000-dir, bu isə əhalinin 3 faizi deməkdir.

Müqayisə üçün Braziliyada, FİFA statikasına görə, eyni göstərici 1 faiz təşkil edir.

Belçika və Xorvatiya eləcə də futbol ulduzlarının aparıcı xarici klublarda oyun təcrübəsini yüksəltmələrindən də bəhrənəlirlər.

Ulduz oyunçular

İngiltərə Premier liqsında 11 Belçika futbolçusu oynayır.

Xorvatiyanın ən böyük futbol ulduzu Luka Modric İspaniyanın məşhur Real Madrid klubunun əsas oyunçularından biridir və son 4 ildə 3 dəfə komandası ilə UEFA Çempionlar Liqasının qalibi adına layiq görülüb.

Faktiki olaraq, Dünya Kubokunda hər iki komandaya çağırılmış 23 futbolçudan "yerli" , yəni öz ölkələrinin klublarında oynayanların sayı cəmi 2 nəfərdir.

Xorvatiya və Belçikanın bu yay Rusiyada keçirilən Dünya Kubokunda bu qədər önə irəliləmələrinin əsas səbəbi də elə bundadır.

Bu barədə daha geniş