Fotolarda: Tailandda mağarada azıb qalan uşaqların "möcüzəvi xilası"

usaqlar Fotonun müəllifi Getty Images

11-17 yaşlarında 12 uşaq və 25 yaşlı məşqçiləri 23 iyunda gəzinti üçün getdikləri mağarada suların qəflətən yüksəlməsi ilə içəridə qalanda bəlkə də bir daha gün işığı görə bilməyəcəklərini düşünüblər.

Amma onlar 9 gün sonra tapılıblar və riskli və təhlükəli əməliyyatın sonunda 18 gün mağarada qaldıqdan sonra ordan çıxarıla biliblər.

Fotonun müəllifi EPA

Əməliyyatda iştirak edənlərin bədən dili də deyir ki, əməliyyat çox riskli və təhlükəli idi, lakin bütün bunlara baxmayaraq nəticə müsbət oldu və uşaqların hamısı xilas edildi.

Fotonun müəllifi Getty Images

Uşaqların Tham Luang mağarasından çıxarılma əməliyyatına bazar günü başlanmışdı.

Əməliyyat müddətində mağaranın ətrafında və bütün ölkədə narahat gözlənti var idi.

Fotonun müəllifi Getty Images
Fotonun müəllifi Getty Images

Əməliyyatın birinci günü 4 uşaq mağaradan çıxarıldı.

Bazar ertəsi günü isə erkən saatlarda daha 4 uşaq xilas edildi.

Fotonun müəllifi Reuters

Uşaqlar təcili tibbi yardım avtomobilləri və vertolyotlarla xəstəxanalara aparıldı, mətbuata onları çəkməyə icazə verilmədi.

Çərşənbə axşamı günü içərdə qalan son uşaqlar məşqçiləri ilə birgə mağaradan çıxarıldı.

Mağaradan çıxarılan uşaqlar ilkin tibbi müayinədən keçirilib. İki uşağın ciyərində infeksiya olduğu aşkarlanıb. Bunun xaricində isə, uşaqların fiziki və psixoloji sağlamlıqlarının yaxşı olduğu deyilir.

Fotonun müəllifi Getty Images

Bütün uşaqların xilas edildiyi xəbər veriləndən sonra ölkədəki narahat gözlənti sevinclə əvəzlənib.

Fotonun müəllifi Getty Images
Fotonun müəllifi Reuters
Image caption Mağaranın ətrafında günlərlə gözləyən jurnalistlər də xəbəri böyük sevinclə qarşılayıb

Mağarada 40-ı Tailandlı, 50-si xarici olmaqla ümumilikdə 90 dalğıc çalışırdı.

Dalğıclar uşaqları mağaradakı qaranlıq və su altındakı keçidlərdən mağaranın girişinə doğru yönləndirib.

Fotonun müəllifi Reuters

Uşaqların olduğu yerə gedib-gəlmək hətta dalğıclar üçün belə çətin olub.

Təcrübəli dalğıclardan biri əməliyyatdan öncə uşaqlara yemək apararkən həyatını itirib.

Dalğıc Saman Gunan-ın uşaqlara yemək aparanda oksigeni bitib.

Fotonun müəllifi POOM PUİ

Uşaqların ilk tapıldığı vaxt çox sakit olduqlarını yazan Tailand mətbuatı onların məşqçilərinin 12 il Buddist məbədində təhsil aldığını və uşaqlara meditasiya keçərək onları sakitləşdirə biləcəyini yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş