Tailandda mağaradan xilas edilən uşaqların xəstəxanadan ilk görüntüləri

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Xilas edilən uşaqlar əli ilə "qələbə işarəsi" göstərib

17 gün mağarada qaldıqdan sonra uğurlu əməliyyat nəticəsində çıxarılan 12 uşaq və məşqçilərinin aparıldığı xəstəxanadan ilk görüntüləri yayımlanıb.

Uşaqların üz maskası taxdıqları, bəzilərinin isə əli ilə "qələbə işarəsi" göstərdiyi görülür.

Fotonun müəllifi AFP
Image caption Uşaqlar üç günlük çətin əməliyyatlar nəticəsində xilas ediliblər

Uşaqlar və məşqçiləri yer altında keçici xəstəliklərə səbəb olan orqanizmlərin hücumuna məruz qalma ehtimalına görə karantində saxlanılır.

Həyəcanla onları gözləyən ailələri isə uşaqlarını görmək üçün bir müddət gözləməli olacaq.

Fotonun müəllifi Tailand hökumətinin ictimaiyyətlə əlaqələr şöbəsi
Image caption Valideynlər uşaqlarını xüsusi otaqdan görə biliblər

Uşaqlara bir çox tibbi testlər edilir, ailələrinə isə onlara toxunmaq və qucaqlamaq icazəsi verilmir. Testlərin nəticələrində problem olmasa belə, ailələri uşaqları ilə birinci görüşdə iki metr məsafədə durmalı və qoruyucu geyim geyinməli olacaqlar.

Tailand qurumları əməliyyat müddətində uşaqların görüntülərinin yayılmaması üçün böyük səy göstərmişdi.

Dalğıcların uşaqları mağaradakı qaranlıq və su altındakı keçidlərdən mağaranın girişinə doğru yönləndirdiyi görüntülər də yayımlanıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Xilasedicilər uşaqlardan birini xüsusi avadanlıqla daşıyır

Çətin və riskli əməliyyat

Uşaqların Tham Luang mağarasından çıxarılma əməliyyatına bazar günü başlanmışdı.

Əməliyyat müddətində mağaranın ətrafında və bütün ölkədə narahat gözlənti var idi.

Əməliyyatın birinci günü 4 uşaq mağaradan çıxarıldı.

Bazar ertəsi günü isə erkən saatlarda daha 4 uşaq xilas edildi.

Çərşənbə axşamı günü içərdə qalan son uşaqlar məşqçiləri ilə birgə mağaradan çıxarıldı.

Fotonun müəllifi Getty Images
Image caption Uşaqların yayılan ilk görüntülərindən biri

Mağarada 40-ı Tailandlı, 50-si xarici olmaqla ümumilikdə 90 dalğıc çalışırdı.

Fotonun müəllifi Tailand Dəniz Qüvvələri/Getty Images
Image caption Xilasedicilər uşaqlara yemək, işıq və möhkəm olmaqları üçün valideynlərinin göndərdiyi məktubları çatdırmışdılar

Əməliyyatda iştirak edənlərin bədən dili də deyib ki, əməliyyat çox riskli və təhlükəli idi, lakin bütün bunlara baxmayaraq nəticə müsbət oldu və uşaqların hamısı xilas edildi.

Bu barədə daha geniş