Kuba: yeni konstitusiya islahatlarına görə şəxsi mülkiyyət tanınacaq

The Cuban parliament in the first session under the new government of President Miguel Diaz-Canel, at the Convention Palace in Havana, on 2 June 2018 Fotonun müəllifi AFP
Image caption Yeni konstitusiyanın gələn həftə milli məclisdə qəbul ediləcəyi gözlənilir.

Kuba qəbul ediləcəyi gözlənilən yeni konstitusiya ilə bir sıra dəyişikliklərlə yanaşı, ilk dəfə olaraq şəxsi mülkiyyəti tanıyacaq, dövlət mətbuatı xəbər verir.

1959-cu ildə Fidel Kastro hakimiyyətə gələndən bəri Kubada əmlak satışı qadağan edilsə də, 2011-ci ildə qanuna edilmiş dəyişikliklərdən sonra buna icazə verilirdi.

Bu kommunist dövlətinin yeni konstitusiyasında həmçinin mərkəzi planlaşdırmanın hələ də iqtisadiyyat üçün əsas olduğu nəzərdə tutulub.

Yeni konstitusiyanın gələn həftə parlamentdə qəbul ediləcəyi gözlənilir.

Bundan sonra konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarılacaq.

Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə 1976-cı ildə Kommunist Partiyasının təsdiq etdiyi konstitusiyanı əvəz edəcək.

Yeni konstitusiyada nəzərdə tutulmuş əhəmiyyətli dəyişikliklərdən biri də prezidentlik müddətinin məhdudlaşdırılmasıdır. Yeni konstitusiyaya görə bir şəxs iki dəfədən artıq (5 il müddətinə) prezident ola bilməz.

Konstitusiya həmçinin cinsi, milli və fiziki diskriminasiyanı qadağan edəcək. LGBT qrupları eynicinsli nikahların qanuniləşəcəyinə ümid edirlər.

Bu barədə daha geniş