BlackFly uçan maşınlar üçün sonuncu cəhddir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Uçan" avtomobilin buraxılış videosu

Pilot lisenziyasını tələb etməyən uçan avtomobil Kaliforniyada təqdim edilib.

BlackFly adlı avtomobil 62km/saat sürətlə 40 km qədər məsəfə qət edə bilər.

İstehsalçılar deyir ki, onun qiyməti təqribən tipik idman-kommunal avtomobili ilə eyni olacaq, amma ilk modellər daha bahalı olacaq.

Avtomobil Google şirkətinin həmtəsisçisi Larry Page tərəfindən maliyyələşdirilmişdir.

Cənab Page həmçinin ABŞ-ın Las Vegas şəhərində yerləşən Kitty Hawk adlı şəxsi təyyarələri test edən ayrı startup-ın arxasında dayanır.

Dünyanın bir çox yerlərində ona rəqib olan uçan avtomobilləri inkişafdadır.

BlackFly-nin "uçan avtomobilin" yaradıcısı California ştatının Palo Alto bölgəsində yerləşən Opener şirkətidir.

Kanadanın aviasiya orqanının istifadəsinə icazə verdikdən sonra avtomobil orada sınaqdan keçirilmişdir.

Kitty Hawk kimi, BlackFly-da bir insan daşıyan dron kimit təsvir etmək daha dəqiq olar. Onun yollarda sürülməsi nəzərdə tutulmayıb.

Opener deyir ki, o qalxarkən və enərkən açıq səthlərdən istifadə zamanı yaxşı işləyir.

Fotonun müəllifi KITTY HAWK

'Ümumi komanda'

ABŞ-ın Eksperimental Aviasiya Assosiasiyasının direktoru Darren Pleasance deyir ki, "BlackFly-in uçuşunu izləmək məni göylərə qaldırdı."

"Mən heç belə bir şey görməmişəm."

Vasitə pilotun lisenziyasını tələb etməməyinə baxmayaraq, Opener deyir ki, istifadəçilər cihazla tanış olmaq üçün təlim proqramından keçməlidirlər.

Openerin baş icraçı direktoru Marcus Leng içəridə nəzarəti "ani razılıq" kimi qiymətləndirib.

O, CBS News müxbiri John Blackstone-a müsəhibəsində deyib ki, "Üç ölçülü məkan üzərində ümumi idarəçilik mümkündür".

Beləki, "Baş barmağınızı nəzarət çubuğuna basdıqda yuxarı qalxmaq üçün tam nəzarətə sahib olursunuz. Havada dayandıqda əlinizi nəzarət çubuğundan çəkdiyinizdə o havada donur".

"Burada donma dedikdə ... sözün əslində havada donub qalma nəzərdə tutulur".

Cənab Leng həmçinin bildirib ki, BlackFly avtonom şəkildə uçacaq.

Bu barədə daha geniş