Trump və Putinin ilk xüsusi görüşü keçiriləcək

US President Donald Trump and first lady, Melania Trump arrive aboard Air Force One at Helsinki International Airport on July 15, 2018 in Helsinki, Finland Fotonun müəllifi Getty Images
Image caption Prezident Trump Finlandiyaya xanımı Melania Trump-la birlikdə yollanıb

ABŞ prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir neçə saat əvvəl Rusiya-ABŞ əlaqələrindəki gərginliyə görə amerikalı siyasətçiləri təqsirləndirib.

Paylaşdığı bir tvitdə o, sələfi Barack Obamanı "axmaq", Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsi iddiasına dair istintaqın isə "saxta" olduğunu iddia edib.

İki lider arasında ilk xüsusi və birbaşa görüş bazar ertəsi günü Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

Cümə günü ABŞ Ədliyyə Nazirliyi 12 Rusiya vətəndaşını ABŞ prezident seçkisinə müdaxilədə ittiham etdikdən sonra, bəzi ABŞ siyasətçiləri Trump-la Putinin görüşünün ləğvinə çağırış ediblər.



Cənab Trump görüşdən "az gözləntisi" olduğunu, lakin "bəlkə bundan nə isə yaxşı bir nəticə" əldə ediləcəyinə ümid bəslədiyini deyib.

O, danışıqlarda seçkiyə müdaxilə məsələsini qaldıracağını deyib, lakin danışıqlar üçün ümumi plan və ya gündəm yoxdur.

Rusiya ABŞ prezident seçkilərinə müdaxiləsinə dair iddiaları rədd edir və danışıqların iki ölkə arasında əlaqələrin təkmilləşdirilməsi üçün bir imkan olduğunu bildirib.

Nə barədə danışılacaq?

ABŞ Milli Təhlükəsizlik Müşaviri John Bolton hər iki tərəfin müzakirə olunacaq mövzuları əvvəldən dəqiqləşdirmədiyini deyib.

Lakin, o, həmçinin cənab Putinin ABŞ seçkilərinə iddia olunan haker hücumu müdaxiləsi barədə xəbərsiz olduğuna inanmadığını və bu mövzunun müzakirə olunacağını bildirib.

"Görüşün məqsədlərindən biri də odur ki, prezident prezident Putinlə üz-üzə oturub ona bu barədə suala versin", o, ABC News-a deyib.

Fotonun müəllifi AFP
Image caption İki lider Helsinkidə prezident sarayında görüşəcək

Cənab Trump-dan, həmçinin Britaniyada Noviçokla zəhərlənən iki nəfərin məsələsini də müzakirə etməsi xahiş olunub. İstintaq bu hadisənin mart ayında keçmiş rusiyalı casus Sergey Skripalın zəhərlənməsilə əlaqəli olduğunu düşünürlər.

Britaniyanın baş naziri Theresa May-lə keçən həftə keçirdiyi birgə mətbuat konfransında cənab Trump Putinlə görüşdə müzakirəsini planlaşdırdığı mövzulara toxunub.

"Biz Suriya barədə söhbət edəcəyik", o deyib.

"Biz Yaxın Şərqin digər bölgələri barədə söhbət edəcəyik. Mən nüvə silahlarının yayılması barədə danışacağam", o əlavə edib.

ABŞ haker iddiaları nədir?

ABŞ Ədliyyə Nazirliyi Rusiya vətəndaşlarını 2016-cı ilin mart ayında başlamış və prezidentliyə namizəd Hillary Clinton-un kampaniyasında işləyənlərin kompüterlərini hədəfləyən haker hücumunu idarə etməkdə təqsirləndirir.

İddia olunur ki, onlar basılan klaviatur düymələrini müşahidə edən proqramla Demokratlar partiyasının sədrinin kompüterini izləyib, digər partiya üzvlərinin kompüterlərinə qarşı haker hücumu ediblər.

Fotonun müəllifi Reuters
Image caption Finlandiyadaki etirazçılar cənab Trump-ı insan haqları barədə danışmağa çağırıblar

Demokrat partiyasının mühüm üzvləri cənab Trump-a Putinlə görüşdən imtina etməyə çağırıblar, lakin cənab Trump bazar ertəsi günü ABŞ-Rusiya əlaqələrindəki gərginliyə görə keçmiş prezident Barack Obamanı və ABŞ-lı siyasətçiləri təqsirləndirib.

Trump indiyədək Avropada nə edib?

Cənab Trump Avropaya səfərində Belçikada keçirilmiş NATO zirvə görüşündə və Britaniyada olub. Hər iki ölkəyə səfəri qalmaqallara səbəb olub.

NATO zirvə görüşündən sonra, o, NATO müttəfiqlərinin müdafiə büdcələrini "əhəmiyyətli" dərəcədə artıracaqlarına vəd etdiklərini deyib. Lakin digər liderlər bu iddianı təkzib ediblər.

Britaniyada olarkən isə prezident Trump əvvəlcə Britaniyanın baş naziri Theresa May-ın təklif etdiyi Brexit planı əsasında ABŞ-la Britaniya arasında ticarət sazişinin mümkün olmadığını bəyan edib, daha sonra isə bu mövqeydən çəkilib.

O, həmçinin Afrika və Yaxın Şərqdən gələn qaçqınlar nəticəsində Avropanın öz "xüsusiyyətini" itirdiyini deyib.

Bazar günü Helsinkiyə yola düşməzdən əvvəl o, Avropa İttifaqını bir ticarət rəqibi kimi təsvir edib.

Bu barədə daha geniş