Havayda püskürən vulkanın lavası turistlə dolu gəmiyə tökülüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hawaii-də tur gəmisinin üstünə lavanın düşdüyü an

Havayda vulkanın püskürməsi nəticəsində havaya qalxan lava yaxınlıqdan keçən səyahət gəmisinin üstünə tökülüb və 23 nəfər yaralanıb, bu barədə ABŞ dövlət rəsmiləri xəbər verib.

Partlayış nəticəsində qaya parçaları və lava havaya qalxıb və turist gəmisinin damına tökülüb.

Sərnişinlərdən birinin ayağı sınıb, digərləri isə yanıq xəsarətləri alıblar. Hakimiyyət nümayəndələri araşdırma aparırlar.

Lava Havayın may ayında püskürən Kilauea vulkanından gəlir və həmin vaxtdan etibarən oradan qaz və ərimiş qayalar axmaqda davam edir.

Lava tökülməsi tur gəmisinin damında böyük bir deşik yaradıb.

Fotonun müəllifi HAWAII DNLR
Image caption Lava gəminin tavanını yandırıb

Gəmidə xəsarət alanlar xəstəxanada müalicə olunur.

Vulkan lavaları gəmiyə tökülən zaman orada olan Will Bryan və onun rəfiqəsi Erin o anları təsvir edib.

Cənab Bryan BBC-yə deyib ki, "Lavanın gəldiyini görürsən və hərəkət etməyə də vaxt yoxdur, ən pisi isə sən balaca bir gəmidəsən".

"Üzərinizə lava gəldiyində getmək üçün bir yer yoxdur, yalnız altı metr uzunluğunda bir yer var və hamı da orada özünü qorumağa çalışır. Həqiqətən, çox qorxunc idi",-Erin deyib.

Bəzi sərnişinlər Havay Torpaq və Təbii Sərvətlər Departamentinə bildiriblər ki, gəmi sahil təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilmiş zonadan kənarda olub.

Bu barədə daha geniş