Yunanıstan: Afina yaxınlığında meşə yanğınında azı 60 adamın öldüyü bildirilir

Yunanıstan, meşə yanğınları, yanğın Fotonun müəllifi Getty Images

Afina yaxınlığında meşə yanğınında azı 60 adamın öldüyü və onlarla insanın yaralandığı bildirilir.

Yüzlərlə yanğınsöndürən alovla mübarizə aparır.

Baş nazir Alexis Tsipras deyib ki, nəzarəti ələ almaq üçün hər şey ediləcək. Yunanıstan hökuməti beynəlxalq yardım istədiyini açıqlayıb.

Yunanıstanda ən ağır meşə yanğını 2007-ci ildə olub və nəticədə cənubi Peloponnese əyalətində onlarla insan ölüb.

Xarici İşlər Nazirliyi çərşənbə axşamı günorta saatlarında Azərbaycanın Yunanıstandakı Səfirliyinə istinadən bildirib ki, yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Fotonun müəllifi AFP

Qurbanların çoxu Afinanın 40 kilometrliyində yerləşən Mati kəndindəndir. Onlar ya evlərində, ya da maşınlarında yanğının qurbanı olublar.

Dəniz sahillərində yerləşən bu kənddə bir villanın həyətində 26 cəsəd tapılıb, Qırmızı Xaç təşkilatı bildirib.

Azı 150 adam yaralanıb. Yaralananlar arasında 16 uşaq var.

Kənd yerli turistlər arasında məşhur olan Rafina regionunda yerləşir. Reuters xəbər verir ki, xüsusilə təqaüdçülər və uşaqlar burada düşərgələrdə qalırlar.

Xilasedicilər gəmilər və helikopterlər vasitəsilə çimərliyi boşaltmağa çalışıb. Alov düşmüş gəmilərin birində yanğından qaçmış 10 turist axtarılır.

Fotonun müəllifi EPA

Yunanıstanın Skai televiziyasına danışan bir qadın deyir ki, "Mati daha yaşayış məntəqəsi kimi mövcud deyil", Reuters xəbər verir.

"Mən cəsədlər, yanmış maşınlar gördüm. Şanslıyam ki, mən sağam".

Matidəki yanğından xilas olan Kostas Laganos deyir ki, "Nə yaxşı ki, dəniz var. Biz dənizə girdik, alovlar bizi dənizə girənə kimi izləyirdi".

Fotonun müəllifi Getty Images

Rəsmilərin reaksiyaları necədir?

Baş nazir Tsipras Attica əyalətində fövqəladə hal elan edərək "bütün mülki müdafiə qüvvələrinin" hazır vəziyyətə gətirildiyini deyib.

Onun höküməti Avropa ölkələrindən helikopterlər və yanğınla mübarizə etmək üçün əlavə yanğınsöndürənlər üçün kömək istəyib.

İtaliya, Almaniya, Polşa və Fransa yanğınla mübarizədə təyyarələr, maşınlar və yanğınsöndürənlər göndəriblər.

Fotonun müəllifi AFP
Image caption Avtomobillərdə və yol kənarında intizarda gözləyən insanlar

Yanğına nə səbəb olub ?

Yanğın Attica bölgəsinin isti və quru keçən yay aylarının daimi problemdir. Bu həftə alovlar güclü küləklər tərəfindən yayılıb.

Rəsmilər AFP xəbər agentliyinə yanğının tərk edilmiş evləri talan etmək istəyənlər tərəfindən törədilə biləcəyini iddia ediblər.

Fotonun müəllifi EPA
Image caption Baş nazir Alexis Tsipras deyib ki, "bütün güclər səfərbər olunub"
Fotonun müəllifi EPA
Image caption Yunanıstan höküməti Avropa dövlətlərindən kömək istəyib

Əlaqəli mövzular