Britaniya: Gerçək xəbərlər saxta xəbərlər arasında it-bat olur

A woman with a tablet and a smart phone Fotonun müəllifi Getty Images

İnternetdə yalan məlumatların həcmi elə böyük sürətlə artır ki, saxta xəbərlər gerçək xəbərləri sıxışdırıb çıxararaq, onların yerini tutur.

Bunu Britaniya parlamentinin İcmalar Palatasının Mədəniyyət, Mətbuat və İdman üzrə komitəsinin sədri Damian Collins bildirib.

Konservatorlar partiyasından olan millət vəkili Damian Collins deyib ki, insanlar gerçək xəbərləri "saxta xəbərlərdən" ayırmaqda çətinlik çəkirlər.

Komitənin hesabatında bu problemin demokratiya üçün ciddi təhlükə yaratdığı deyilir və sosial şəbəkələrə nəzarəti sərtləşdirilməyə çağırış edilir.

Bundan öncə hökümət mediada bütün seçkiqabağı elanlar üçün "rəqəmli identifikasiya" qaydasını tətbiq etmək planlarını açıqlamışdı

Bu, o deməkdir ki, internetdə dərc edilən bütün siyasi məzmunlu mətnlərin müəllifləri qeydiyyatdan keçməlidir və dərc etdikləri mətnlərin məzmununa cavabdeh olmalıdırlar.

Bu barədə daha geniş