Venesuela prezidenti Maduro "dron sui-qəsdi çəhdindən" sağ çıxıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Televiziya yayımı kəsilməzdən əvvəl onlarla əsgər qaçmağa başlayıb.

Venesuela prezidenti Nicolás Maduro bildirib ki, ona qarşı partlayıcı maddə ilə yüklənmiş dronlar vasitəsilə sui-qəsd hücumu edilib.

Deyildiyi kimi, hücum baş verdiyi zaman Maduro Karakas şəhərində hərbi parad qarşısında çıxış edirdi.

Maduro, hücuma görə Kolumbiyanı ittiham edib - rəsmi Boqota bu ittihamları "əsassız" adlandıraraq rədd edib.

Venesuela rəsmilərinin bildirdiyinə görə, 7 əsgər yaralanıb, bir neçə nəfər isə hadisədən sonra həbs edilib.

İnsident Maduronun Venesuelda Milli ordunun yaradılmasının 81-ci ildönümünə həsr olunmuş tədbirdə baş verib.

Fotonun müəllifi Reuters
Image caption Prezident Maduro və onun arvadı Cilia Flores hərbi paradda hadisə baş verən zaman

Venesuelanın Rabitə naziri Jorge Rodriguez-in bildirdiyinə görə, partlayıcı maddə yüklənmiş dronlar prezidentin durduğu yerinn yaxınlığında partlayıb.

Prezident Maduro hadisədən sonra xalqa müraciətində deyib: "Uçan obyekt mənim yaxınlığmda partlayıb. Bir neçə saniyədən sonra ikinci partlayış baş verib".

Maduro hücuma görə Kolumbiyanı və ABŞ-dakı ona qarşı onu öldürmək məqsədilə "qəsd" hazırlayan sağşı qüvvələri ittiham edib.

O, əlavə edib ki, bu "hücumun arxasında" Kolumbiya prezidenti Juan Manuel Santo-nun durduğunda şübhə etmir.

Bundan əvvəl Venesuela prezidenti ABŞ-ı ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmişdi.

Kolumbiya höküməti Maduronun ittihamlarını əsassız adlandıraraq rədd edib.

Venesuellanın Rabitə naziri Jorge Rodriguez hücumun Venesuelanın sağçı müxalifəti tərəfindən həyata keçirildiyini bildiririb.

Lakin müxalifətçi Xalq İradəsi partiyasının gənc lideri Hasler Inglesias bunu rədd edib.

"Biz bilmirik, nə baş verib. Son 20 ildə bu cür hərəkətlər etməyən müxalifətin indi bunu etməsi barədə iddalara inanmaq çətindir", - o deyib.

Bu arada "Maykalı əsgərlər" adlanan az tanınan qrup iddia edilən bu hücumu həyata keçirdiyini sosial mediada bəyan edib.

Təşkilat bildirib ki, Maduroya partlayıcı maddə yüklənmiş iki dron vasitəsilə hücum etməyi planlaşdırmışdı, lakin həmin dronları snayperlər vurub.

Qrup bu bəyanatı təsdiləyən dəlillər təqdim etməyib və jurnalistlərin suallarına cavab verməyib.

Bir neçə yanğınsöndürən isə anonimlik şərtilə Associated Press agentliyinə bildiriblər ki, əslində partlayan qaz balonu olub, lakin təfsialtlar açıqlanmayıb.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Maduronun danışdığı əzinin yaxınlığında yerləşən binadayanmış pəncərələr

Bu barədə daha geniş