Siyasətdə şimpanzelərdən öyrənməli 5 qayda

Chimpanzee with fingers in its ears Fotonun müəllifi Getty Images
Image caption Şimpanzelərin davranışının öyrənilməsi müasir siyasətçilər üçün faydalı ola bilər.

Dünyada siyasət aləmi ilə primatların yaşadığı aləm arasında inanılmaz bənzərliklər mövcuddur.

Professor James Tilley şimpanze qrupları arasında mübarizədən siyasət üçün müəyyən nəticələr çıxarıb.

1. Dostla yaxın olun, düşmənlə daha yaxın

Fotonun müəllifi Getty Images
Image caption İnana bimirəm ki, siyasətlə səninlə birlikdə məşğul olacağam

Şimpanze siyasəti müxtəlif ittifaqlar şəbəkəsi qurmaqdan ibarətdir. Bu siyasətdən bəhrələnmək üçün dostlarla daha yaxın olmaq, düşmənləri isə dost kimi qəbul etməyə hazır olmaq lazımdır.

İttifaqların çoxunun əsasında dostluq yox, fayda durur.

2. İttifaq üçün güclünü yox, zəifi seçin

Fotonun müəllifi Getty Images
Image caption Partnyorlar bərabər olanda, fayda da bərabər olur

Şimpanze ittifaq quranda özündən güclü ilə yox, özünə bərabər olanı və ya özündən daha zəifi seçməyə üstünlük verir.

Bu isə başa düşüləndi - müttəfiqiniz daha zəif olanda, faydanın bölgüsü sizin üçün daha əlverişli keçir, nəinki müttəfiniz sizdən daha güclü olanda.

3. Qorxurlarsa - yaxşıdır, amma sevirlərsə - daha yaxşıdır

Fotonun müəllifi Getty Images
Image caption Siyasətdə populyar olmaq öz bəhrəsini verir

Şimpanze dəstələrində liderlər qorxulu ola bilir və dəstəni güc hesabına idarə edirlər, lakin onların belə tərzdə liderlik etmələri çox çəkmir.

Uğurlu lider olmaq üçün özünüzə və koalisiyanıza kütlə arasında dəstək qazanmaq lazımdır, bunun üçün isə həm həlim, həm də mətin olmaq lazımdır.

4. Bəyənilmək yaxşıdır, lakin hədiyyə verən daha yaxşıdır

Fotonun müəllifi Getty Images
Image caption Bu sənin üçündür, dostum

Ən uzun müddət liderlik edən şimpanzelər yemi başqa şimpanzelərlə paylaşan primatlar olub. Bununla onlar digər şimpanzelərin dəstəyini qazanıblar.

BBC radioproqramlarından birində ovluq əti paylamaqla dəstəsinə 12 il liderlik edən şimpanzedən bəhs edilmişdi.

5. Xarici təhlükə dəstəyi gücləndirir (əgər dəstək gerçəkdirsə…)

Fotonun müəllifi Getty Images
Image caption Ümumi düşmən amili kimi dəstəni birləşdirən başqa bir güc yoxdur

Xarici təhlükə ilə üzləşəndə primatlar qrupu birləşir, aralarındakı nifaqı unudurlar.

Maraqlıdır ki, insan cəmiyyətində, 9/11 hadisəsi miqyasında nəsə gözlənilməz bir şey baş verməzsə, bu qaydanın işlədiyini təsdiqləyən tutarlı misal tapmaq asan iş deyil.

Bu barədə daha geniş