Dünyanın növbəti biznes nəhəngi hansı şirkət ola bilər?

Apple logo

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Görəsən, Apple 10 ildən sonra da indiki kimi güclü qalacaqmı?

1987-ci ildə IBM-in biznesi mümkün olduqca uğurlu idi.

ABŞ şirkətinin dəyəri birjalarda $100 milyarda çataraq tarixi nailiyyətə çevrilmişdi.

Maliyyə dəyərinə görə IBM texnoloji inqilab sayəsində General Motors və US Steel kimi nəhəngləri arxada qoymuşdu.

GM $10 milyard həddinə 1957-də çatmışdı. US Steel isə şirkətlər arasında ilk dəfə olaraq $1 milyarda 1901-də çatmışdı.

Lakin indi, 30 ildən sonra, IBM artıq əvvəlki kimi öndə gedən şirkət deyil.

Bu şirkət mühüm oyunçu olsa da, Fortune 500 siyahısında heç ilk 30 şirkət arasında da deyil.

ABŞ-ın aparıcı şirkətlərinin adı daxil edilən bu siyahı biznes jurnalı Fortune tərəfindən 1955-ci ildə ilk dəfə tərtib olunub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

IBM ilk laptopunu 1987-ci ildə hazırlayıb - elə həmin ildə də IBM dünyanın ilk $100 milyard dəyəri olan şirkətinə çevrilib.

Zirvə dövrü daralır

Vəhşi təbiətə ən güclü heyvanlar tab gətirir. Bəzi təhlilçilərə görə, eyni təkamül qaydaları biznes aləmində də işləyir.

Onlar hesab edirlər ki, IBM öz liderlik mövqeyini şirkətlər arasında təbii seçim sürətinin artmasına görə itirib.

Sürətlənmənin əsas səbəbi kimi texnoloji yeniliklərin artıq oturuşmuş sənaye sahələrinə getdikcə güclənən təsiri göstərilir.

Bu baxımnan, Apple yaxşı bir misal ola bilər. 2007-ci ildə iPhone telefonunun istehsalına başlamış Apple bu yaxınlarda dünyanın ən bahalı şirkəti qismində $1 trilyon həddə çatıb.

İllik dövriyyə göstəricisinə görə ABŞ-ın supermarket şəbəkəsi Walmart Fortune 500 siyahısına başçılıq etsə də, Apple sürətlə yüksəlməkdədir.

2005-ci ildə Apple bu siyahıda 263-cü yerdə idi, 2018-ci ildə isə artıq 5-ci yerə qalxıb.

Lakin sürətli yüksəliş sürətli enişlə də müşayiət oluna bilər.

ABŞ-ın Boston Consulting Group şirkəti bunu hətta qaçılmaz sayır.

Proqnoz edilir ki, növbəti 5-10 ildə Fortune 500 siyahısının 75 faizi dəyişəcək və ora adları hazırda məlum olmayan şirkətlər daxil ediləcək.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

WhatsApp, bu şirkəri Facebook 2014-cü ildə $19 milyarda alanda, cəmi 50 əməkdaş işləyirdi.

Görəsən, "növbəti Apple" olacaq şirkət indi adı naməlum olanlardanmı olacaq?

"Mümkündür ki, məhz belə də olacaq", texnologiya eksperti Dion Hincliffe, ABŞ-da mənzillənən Constellation Research şirkətinin vitse-prezidenti deyir.

Dion Hincliffe misal kimi WhatsApp şirkətinin adını çəkir.

Onun sözlərinə görə, Facebook 2014-cü ildə WhatsApp-ı $19 milyarda alanda orada cəmi 50 əməkdaş işləyirdi.

WhatsApp telekommunikasiya sahəsində digər iri oyunçuların təşvişinə səbəb olub.

Proqnoz edildiyinə görə, 2018-ci ilin sonuna, o cümlədən WhatsApp-a da görə telekommunikasiya sektorunun son 6 il ərzində ümumi gəlir itkisi $386 milyarda çatacaq.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Robotlar vasitəsilə cərrahiyyə əməliyyatları keçirən Intuitive Surgical dünyanın aparıcı şirkətlər dəstəsinə daxil ola biləcəkmi?

Onu da qeyd etmək lazımdır ki, bu yalnız bir sənaye sektoruna aiddir. Digər sahələrdə məşhur Netflix, Uber, Airbnb, Facebook, Spotify və Amazon kimi "oyunpozucular" şirkətlər də var.

Məşhur qurbanlar

2025 il üçün proqnozlaşdırlan siyahıda yuxarı yeri tutacaq şirkətlərlə indiki siyahı arasında kəskin bir fərq var. Fortune 500 siyahısında ilk 25 yerə baxanda, 2018-ci ilə nisbətən 2025-də WalMart, Shell, Toyota və General Motors kimi nəhənglərin adına artıq rast gəlinməyəcək.

Əvəzində isə, nəzərlər qida paylanışı nəhəngi GrubHub və robotlar vasitəsilə cərrahiyə əməliyyatları həyata keçirən Kaliforniyadakı Intuitive Surgical şirkətinə yönəlib.

Gələcəkdə sürətli inkişaf edə biləcək sektorlar arasında robotlaşma, süni intellekt və tibbi xidmətlər, genetika, kosmik səyahətlər, energetika idarəçiliyi, virtual kompüter əməliyyatları və bu kimi digər sahələr qeyd olunur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Blockbuster şirkəti iflasa uğöradı - şirkətin ümumilikdə 84300 işçisi və dünya boyu 9000 dükanı var idi.

Constellation Research şirkətinin əməkdaşı Dion Hincliffe hesab edir ki, keçmişdə biznes lideri olmuş şirkətlərin iflasa uğraması ehtimalı daha yüksəkdir. çünki həmin şirkətlərdə arxayınlıq sindromu müşahidə edilir.

Blockbuster, Nokia və Kodak kimi nəhənglər indi haradadır?

Rəqəmsal inqilabdan əvvəl onların hamısı bazara liderlik edirdi.

Video kirayəsi şirkəti Blockbuster-in bir vaxtlar ABŞ-da 8000 dükanı var idi, 2018-ci ilin iyulunda isə yalnız bir dükanı qalıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

US Steel 1901-də 1 milyard dollar dəyərinə çatan ilk şirkət olub. Bu gün bu şirkət 2000 şirkət arasında 1429-cü yerdədir.

PricewaterhouseCoopers-in eksperti Paul Leiwand qeyd edir ki, 1955-ci ildən bəri Fortune 500 siyahısında hər il yalnız 54 şirkət qala bilib.

Paul Leiwand hesab edir ki, tutduğu liderlik mövqeyini itirməmək üçün şirkət yalnız bu gününü yox, gələcəyini düşünməlidir və bu istiqamətdə konkret tədbirlər görməlidir.