Oxumaq əvəzinə kitabları dinləməyin üstünlüyü nədir?

Şəklin mənbəyi, Getty Images
Dinləyin...
Bəşəriyyətin nağıl deməsinin uzun tarixi var - zaman dəyişdikcə, texnologiyalar inkişaf etdikcə əhvalatları danışmağın üsulları da dəyişib.
Əhvalatı oxumaqla onu dinləmək arasında elə bir ciddi fərq yoxdur - əsası, həmin əhvalatın məzmununu qavramaqdır, hansı yolla olursa olsun.
Kitabı dinləməyin 12 üstünlüyü.
1) Dinləyərkən başqa işləri də görmək olur
Şəklin mənbəyi, Getty Images
Qaçanda qulaqcıqları da taxmaq olar
Kitabı dinləyə-dinləyə xeyli iş görmək mümükündür.
İdmanla məşğul ola bilərsiniz, misal üçün, parka gəzintiyə çıxa bilərsiniz.
2) Dinləyəndə əllər azad qalır
Şəklin mənbəyi, Getty Images
Audiokitab adama ağırlıq etmir
Audiokitabı dinləyərkən eyni zamanada idman etmək və ya mətbəxdə yemək də hazırlamaq mümkündür.
Kitabı əldə tutmaq, onu vərəqləmək misal üçün, yaşlı və fiziki məhdudiyyəti olanlara çətin gələ bilər.
Audiokitabı isə hamı əziyyətsiz dinləyə bilər.
3) Audiokitabları istedadlı ifaçılar oxuyur
Şəklin mənbəyi, Getty Images
Benedict Cumberbatch-ın ifasında Kafkanın kitabını dinləmək istəyərdinizmi?
Bir çox kitabı aktyorlar oxuyur. Bu, kitabdakı məzmuna rəng qatır, səslənən mətni sanki, canlandırır və dinləyicinin həmin kitaba marağını gücləndirir.
4) Səyahətin uzun olduğunu hiss etdirmir
Şəklin mənbəyi, Getty Images
Kitab oxuyanda vaxt sanki, uçur
Diqqətimizi maraqlı kitaba verəndə, digər məsələlər sanki unudulur.
Uzun səyahət üzücü və darıxdırıcı ola bilər, lakin maraqlı kitabı dinləməklə səyahət vaxtının necə keşdiyini hiss etməmək də mümkündür.
5) Tənhalığı unutdurur
Şəklin mənbəyi, Getty Images
Kitab qəhrımanı ilə xəyalən söhbətləşmizsinizmi?
Maraqlı audiokitab tənhalıq hissini unutmağa kömək edə bilər.
Audiokitabın dinlənilməsi, otağında kiminsə sənə əhvalat danışmasına və ya kitab oxumasına bənzəyir.
6) Səni başqa bir aləmə köçürür
Şəklin mənbəyi, Getty Images
Bu gənc audiokitabı nəqliyyatda dinləyir
Nəqliyyatda hər gün işə və ya dərsə gedib-gəlmək sizi bezdirir?
Audiokitabı dinləməklə siz özünüzü xəyalən başqa bir aləmə köçürə bilərsiniz.
Misal üçün, metro qatarında gedə-gedə özünüzü cəngəlliyin ortasında kimi hiss edə bilərsiniz.
7) Darıxdırıcı məsələləri maraqlı edir
Şəklin mənbəyi, Getty Images
Audiokitabı paltar ütüləyərkən də dinləmək mümkündür.
Darıxdırıcı işlərdən qaçmaq mümükün deyil - onları da kimsə görməlidir.
Lakin qab yumağı, evin təmizlənməsini, yır-yığışı, paltar ütüləməyi və bu kimi digər işləri görərkən, eyni zamanda audiokitabı da dinləyirsinizsə, o zaman vaxtın necə keçdiyini hiss etməzsiniz, iş isə daha maraqlı görünər.
8) Oxumaqda çətinlik çəkənlər üçün sərfəlidir
Şəklin mənbəyi, Getty Images
Oxumaq çətin olanda, kitabdan ləzzət almaq olmur
Oxumaq çətnliyinə səbəb olan disleksiya sindromuna uşaqlar və böyüklər tutula bilər. Bu zaman audiokitab belə insanlar üçün hədsiz-hüdudsuz kitab aləminə yol açmış olur.
Audiokitab görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlara kitablardan həzz almaq imkanı verir.
2010-cu ildə Finlandiyada Jyväskylä universiteti tərəfindən aparılmış tədqiqata əsasən, audiokitabın dinlənilməsi musiqi dinləməyə bənzəyir və beyinin yaddaş, nitq və əhval-ruhiyyə ilə əlaqəli zonalarını stimullaşdırır.
9) Audiokitabı başqaları ilə birlikdə dinləmək mümükündür
Şəklin mənbəyi, Getty Images
Audiokitabı bir yerdə dinləyib müzakirə etmək olar.
Kitab klubları populyar olsa da, kitabı oxuyub təəssüratları kiminləsə bölüşmək asan iş deyil.
Audiokitabı eyni zamanda bir neçə insan dinləyib, onlarda həmin kitabdan yaranan təəssüratları bölüşə bilərlər.
Audiokitablar nəsillər arasında körpülərin qurulmasına da yarayır: uşaqlar kitabı valideyinlərilə birgə dinləyə və müzakirə edə bilərlər, eləcə də övlad ahıl yaşında olan valideyininə kitabı dinləməkdə yardımçı ola bilər.
10) Yuxusuzluğa kömək
Şəklin mənbəyi, Getty Images
Audiokitap yuxuluqsuzluqdan əziyyət çəkənlərə yuxuya getməyə kömək edir.
Yaxşı yuxu hamı üçün vacibdir. Yuxusuzluq yorğunluğa, narahatlıq hissinin yaranmasına və depressiyaya səbəb ola bilər.
Bir çox istifadəçilər öz bloqlarında yuxusuzluqdan əziyyət çəkənlərin karına audiokitabların necə gəldiyindən yazır.
11) Bizə uşaqlıq dövrümüzu xatırladır
Şəklin mənbəyi, Getty Images
Əhvalat danışmaq vərdişi uşaqlıq dövründən başlayır
Uşaqlıqda nağılları dinləməyiniz yadınızdadır?
İlk dəfə insan nitqi və nağılı uşaq olarkən, nənəsi-babası, ata-anası və müəllimlərindən eşidir.
Bu baxımdan, audiokitab onu dinləyən insanda nostalji hissləri oyada bilər.
12) Onları pulsuz əldə etmək mümkündür
Şəklin mənbəyi, Getty Images
Keçmiş dövrlərdən fərqli olaraq, müasir kitabxanalarda kitablarla bərabər, çox vaxt, onların audiversiyaları da təklif olunur.
Bəzi ölkələrdə rəqəmsal kitabxanalar istifadəçilərə çox vaxt pulsuz audiokitablar təklif edir. Onları onlayn və ya qonşuluqdakı kitabxanalardan əldə etmək mümkündür.
Yerli kitabxanalardan adi kitablarla yanaşı onların audiokitab variantını da əldə etmək mümkündür.
BBC-nin də onlayn audiokitabları var, onlar vaxtaşırı yenilənir, kitab mətnlərini isə istedadlı ifaçılar oxuyur.