Vladimir Putinin reytinqi niyə düşdü?

a skeleton is brought on a demonstration against pension reform Fotonun müəllifi EPA
Image caption Rusiyanın hər tərəfini etiraz aksiyaları bürüyüb

Rusiya rəhbəri Vladimir Putin ölkədə etiraz dalğası keçdikdən və reytinqinin aşağı düşməsindən sonra planlaşdırılmış pensiya islahatında yumşaldıcı addımlar atıb.

O deyib ki, təqaüd yaşı qadınlar üçün 55-dən 63 yaşına yox, 60 yaşınadək qaldırılacaq.

Lakin kişilər üçün pensiya yaşı islahat layihəsində nəzərdə tutulduğu kimi 65 yaş olaraq qalacaq.

Televiziya çıxışında Putin deyib ki, ölkənin iş qabiliyyətli əhalisi azaldığından, pensiya islahatı qaçılmazdır.

Həmkarlar ittifaqları xəbərdarlıq edib ki, ölkədə insanların çoxu pensiya yaşınadək yaşamır ki pensiya almaq onlara nəsib olsun.

Rusiyada kişilərin orta ömür uzunluğu 66 yaş, qadınlarda isə 77 yaşdır, Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Rusiyada aparılmış rəy sorğuları göstərib ki, pensiya islahatı elan olunandan sonra Vladimir Putinin reytinqi əhali arasında 80 faizdən 64 faizə düşüb.

Image caption Vladimir Putinin Rusiya əhalisi arasında reytinqi

Putin deyib ki, təqaüd islahatı, qadın və kişilər üçün pensiya yaşının qaldırılması illərlə geçikdirilib və indi Rusiyada inflyasiya və yoxsulluğun artmasına səbəb ola bilər.

Onun təbirincə, bu islahatın gecikdirilməsi Rusiya cəmiyyətinin stabilliyini və təhlükəsizliyini risk altına alır.

"Bizim qərarlarımız ədalətli və balanslaşdırılmış olmalıdır", - o, əlavə edib.

Fotonun müəllifi Reuters
Image caption Rusiyada pensiya islahatına qarşı etirazlardan sonra Putin bu məsələyə dair televiziya ilə çıxış edib.

Televiziya ilə çıxışından əvvəl Putin pensiya islahatı mövzusundan kənar durmağa çalışmış və söz vermişdi ki, təqaüd yaşı heç zaman qaldırılmayacaq.

Plan nədən ibarətdir?

2019-cu ildə tətbiq olunacaq yeni plana görə, pensiya yaşı kişilər üçün 60 yaşdan 65 yaşa qaldırılacaq.

Putin işə qarışmazdan əvvəl qadınlar üçün pensiya yaşının 63 yaşa qaldırılıması nəzərdə tutulurdu, lakin Putin öz televiziya çıxışında deyib ki, qadınlar üçün təqaüd yaşı həddi 60 yaş olacaq.

Putin deyib ki, "qadınlar işdə işləməklə yanaşı ev işlərini görürlər və uşaqlarına, sonra isə nəvələrinə baxırlar, odur ki, onların pensiya yaşı kişilərdən çox qaldırılmamalıdır".

Fotonun müəllifi Getty Images
Image caption Moskva yaxınlığındakı Ivanovo regionunda pensiya islahatına etiraz edən qadınlar

3 və ya daha çox uşağı olan qadınlar isə pensiyaya daha erkən yaşlarda çıxa bilərlər, Putin əlavə edib.

Baş nazir Dmitri Medvedev bundan əvvəl pensiya islahatını Rusiyada pensiyaçıların uzun ömür yaşadıqları ilə və fəal həyat tərzi sürmələri ilə izah etmişdi.

O demişdir ki, Rusiyada 12 milyon işləyən təqaüdçü var, bu isə bütün pensiyaçıların təxminən, dörddə birini təşkil edir.

Etirazlar necə keçib?

Son həftələr ərzində Rusiyada on minlərlə insan etirazlarda iştirak edib.

"Təqaüdə qədər öl, hökümətə kömək et", - iyul ayında Omsk şəhərində keçirilmiş və 3000 adamın iştirak etdiyi nümayişdə qaldırılmış etiraz plakatındakı bu şüar Rusiyada digər etirazlarda da təkrarlanıb.

Pensiya islahatı əleyhinə etiraz aksiyalarında "Hökümət istefa verməlidir" şüarını da görmək olardı.

Fotonun müəllifi EPA
Image caption "Vergiləri ödə və təqaüdə qədər öl", - Moskvada keçirilmiş etiraz aksiyasındakı şüar

Etirazlarda kim iştirak edib?

Rusiya üçün qəribə olsa da, pensiya islahatı əleyhinə aksiyalarda siyasi spektrin bütün nümayəndələri iştirak edib.

Etiraz aksiyalarına kommunistlər, millətçilər və müxalifətçilər qatılıb.

Pensiya islahatı Rusiyada ilk dəfə futbol üzrə Dünya Kuboku finalının başladığı günlərdə elan olunub, bu səbəbdən çoxları Rusiya hökümətini bu bəd xəbəri futbol çempionatının gürultusu altında ört-basdır etmək cəhdində ittiham edib.

Rusiya niyə pensiya yaşını qaldırmağa çalışır?

İqtisadçıların əksəriyyəti razılaşır ki, pensiya problemi mövcuddur - əhali qocalır və dövlətin pensiya xərci artır.

1990-cı illərin xaosundan sonra Rusiyada əhali azalıb.

Doğum əmsalı o vaxtdan bəri bir qədər yaxşılaşsa da, vəziyyət nəzərəçarpan dərəcədə düzəlməyib.

Hazırki tendensiya davam etsə, 2050-ci ildə rusiyalıların 20 faizi 65 yaşından yuxarı yaşda olacaq.

Prezident Putin pensiya xərclərinə dair yeni qanun imzalayıb, həmin qanuna görə, Penisya Fondunun 2018-ci ildə 265 milyard rubl ($4.2 milyard) kəsiri nəzərdə tutulub. Bu isə dövlət büdcəsi xərclərinin 1.6 faizini təşkil edir.

Aydınır ki, bu vəziyyət Rusiya üçün çətin iqtisadi dövrdə etibarlı sayıla bilməz.

Bu barədə daha geniş