LGBT hüquqları: Malayziyada qadınlar "lezbiyan seksinə görə şallaqlanıb"

Daha əvvəl İndoneziyada ictimai şəkildə şallaqlanmış qadın Fotonun müəllifi Getty Images
Image caption Daha əvvəl İndoneziyada ictimai şəkildə şallaqlanmış qadın

Malayziyada dini məhkəmə iki qadını avtomobildə "lezbiyan seksi cəhdinə görə şallaqlayıb".

Terengganu sultanlığının Ali Şəriət Məhkəməsi 22 və 32 yaşlarında olan qadınların hər birini 6 dəfə şallaqlayıb, məlumatlarda deyilir.

Rəsmilərin bildirdiyinə görə, bu, vilayətdə ilk eynicinsli cinsi münasibət ittihamıdır və eyni zamanda, ilk ictimai şallaqlamadır.

Hüquq müdafiəçiləri hadisəyə sərt reaksiya verib. Homoseksual münasibətlər ölkədə həm dünyəvi, həm də dini qanunlarla qadağandır.

Yerli xəbər saytı, The Star yazır ki, şallaqlanmaya 100-dən çox insan şahid olub.

Terengganu sultanlığının Dövlət İcra Şurasının üzvü Satiful Bahri Mamat Reuters agentliyinə şərhində şallaq cəzasını müdafiə edib və bunun "işgəncə və xəsarət" xarakteri daşımadığını, cəzanın "ictimaiyyətə dərs olsun deyə" ictimai yerdə verildiyini deyib.

"Ağrıtmaq üçün deyil"

Adları açıqlanmayan iki qadın bu ilin aprel ayında islamçı icra məmurları tərəfindən ictimai meydanda avtomobildə saxlanıldıqdan sonra həbs edilib.

Onlar keçən ay İslam qanunlarını pozmaqda günahlandırılıblar və şallaq və 800 dollar cərimə cəzasına məhkum ediliblər.

The Star qəzeti yazır ki, İslam qanunlarına görə şallaqlanmaq cinayət törədərkən mülki qanunlara əsasən şallaqlanmaqdan fərqlidir. Bu, "ağrıtmaq üçün deyil".

Malayziya mötədil müsəlman çoxluqlu ölkə kimi tanınsa da, son illərdə dini əhvalın yüksəldiyi görülür.

Keçən ay malayziyalı nazir LGBT fəallarının rəsmlərini sərgidən yığışdırmağı tapşırmışdı.

Malayziyada ikili qanun sistemi işləyir. Müsəlmanlar şəriət qanunlarına, yəni İslam qanunlarına tabedirlər. Digər dinə mənsub olanlar isə mülki qanunlara tabedirlər.

Bu barədə daha geniş