Uşaq bağçasında "dirək rəqsi" valideynləri şoka salıb

Şəklin mənbəyi, GLOBAL TIMES
Çində uşaq bağçasının qarşılanma tədbirində rəqqasə "dirək rəqsi" oynadığına görə tənqid atəşinə tutulub.
Southern Metropolis Daily qəzeti yazır ki, valideynlər və uşaqlar sentyabrın 3-də Shenzhen şəhərində Xinshahui uşaq bağçasına qarşılanma tədbirinə dəvət olunublar.
Proqramda açıq-saçıq geyinən qadınlar və "dirək rəqsi" oynayan rəqqasə çıxış ediblər.
Proqramın görüntüləri internetdə geniş müzakirə olunub.
"Mən müdirin nə haqda düşündüyünü bilmək istəmirəm", - internet istifadəçilərindən biri yazıb. "Bu cür rəqslər bağça üçün uyğun deyil", - digər istifadəçi əlavə edib.
Başqa bir istifadəçi isə yazıb ki, "Bağça uşaqları bilik öyrənməlidirlər, amma həddən artıq yox".
Şəklin mənbəyi, BEIJING NEWS
Qəzəbli valideynlər
Southern Metropolis Daily qəzeti yazır ki, valideynlər bu cür halların körpələrinə ziyan vuracaqlarını düşünür və bir neçəsi artıq övladlarını həmin bağçadan çıxarıb.
"Bunun yaxşı ideya olduğunu kim düşünüb? Biz uşaqlarımızı bağçadan çıxarmağa və ödənişimizi geri almağa çalışırıq", - valideyn Michael Standaert yazıb.
Yerli CCTV kanalının məlumatına görə, yerli təhsil idarəsi məktəbə üzr istəmək, müdiri işdən çıxarmaq və araşdırma aparmaq təlimatı verib.