Skripal işi: İngiltərə polisi iki rusiyalını zəhərləmədə şübhəli bilir

Alexander Petrov and Ruslan Boshirov Fotonun müəllifi Met Police
Image caption Alexander Petrov (solda) və Ruslan Boşirovun şübhəlilərin əsl adlarının olmadığı düşünülür

Keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə şübhəli şəxs kimi iki rusiyalının adları açıqlanıb.

Salisbury-dəki hücuma görə Aleksandr Petrov və Ruslan Boşirovu ittiham etmək üçün "kifayət qədər sübutlar var", Scotland Yard polis qərargahı və Kral Prokurorluq Xidməti (CPS) bildirib.

Onların təxəllüsdən istifadə etdikləri və yaşlarının 40-a qədər olduqları təxmin edilir.

66 yaşlı cənab Skripal və 33 yaşlı qızı Yuliya mart ayında Noviçok adlanan sinir iflicedici maddə ilə zəhərlənib.

Metropoliten Police bildirir ki, şübhəlilər martın 2-də Moskvadan Londonun Gatwick hava limanına gəlib və Bow küçəsində City Stay otelində qalıblar. Martın 4-də onlar Salisbury-ə gediblər. Hadisə zamanı cənab Skripalın qapısı Noviçokla zəhərlənib.

Cinayət ittihamına Sergey Skripal-a sui-qəsd, Sergey Skripal, Yuliya Skripal və Nick Bailey-i öldürməyə cəhd; Kimyəvi Silah Aktına zidd olaraq Noviçokdan istifadə və saxlama, Yuliya Skripal və Nick Bailey-ə ölümcül zərər vurmaq aiddir.

Serjant Nick Bailey özünü xəstə hiss etdiyindən Salisbury-də hadisənin qarşısını ala biləməyib.

İngiltərənin Baş naziri Theresa May bir azdan deputatları təhqiqat barədə məlumatlandırmaq üçün İcmalar Palatasında çıxış etməlidir, Downing Street bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş