Hindistan gey seksini leqallaşdırdı

Hindistanda geylər Fotonun müəllifi Getty Images

Hindistanın Ali Məhkəməsinin yeni qərarına görə, gey seksi ölkədə artıq cinayət sayılmayacaq.

Keçmiş qanunun 377-ci bəndinə görə, gey seksi "qeyri-təbii cinayət" kimi qiymətləndirilirdi.

Bu, dünyada gey seksini cinayət hesab edən ən köhnə qanunlardan biri idi və Hindistan bu qanunu ləğv etməkdə könülsüz idi.

Qərar qəbul olunanda məhkəmə qarşısına toplanmış fəalların bəziləri əl çalırdılar, bəziləri isə sevincdən ağlayırdı.

"Cinsi əlaqələri cəzalandırmaq səmərəsiz, ixtiyari və konstitusiyaya açıq-aşkar ziddir", - qərarı oxuyan Baş hakim Dipak Misra deyib.

Digər hakim İndu Malhotra deyib ki, o, "onları yox saydığı üçün tarixin LGBT üzvlərindən üzr istəməli olduğuna" inanır.

Fotonun müəllifi AFP

377-ci bənddə nə deyilirdi?

Ləğv edilən qanunun 157 yaşı var idi və o, müəyyən seksual hərəkətləri "qeyri-təbii cinayət" kimi qiymətləndirərək 10 il həbs cəzası nəzərdə tuturdu.

Qanunda yazılırdı ki, "hər hansı kişi, qadın və ya heyvanla təbiətin qanunlarına qarşı olan cinsi əlaqələr" cəzalandırılır.

Hindistanın gey və transgender icmaları qanunun ləğvi üçün uzun müddət mübarizə aparmışdılar.

İnsan haqları qrupları deyir ki, polis sözügedən maddədən LGBT üzvlərini izləmək və narahat etmək üçün sui-istifadə edirdi.

Bu barədə daha geniş