#MeToo hərəkatı qadınları ayırıbmı?

Rose McGowan #MeToo hərəkatının əsas simasına çevrilib Fotonun müəllifi Getty Images
Image caption Rose McGowan #MeToo hərəkatının əsas simasına çevrilib

Son zamanların ən məşhur feminist sosial hərəkatına çevrilsə də, #MeToo qadınlar arasında fikir ayrılığı yaradıbmı?

Aktrisa Alyssa Milano-nun 2017-ci ilin oktyabrında yazdığı bir tvitin təsirinin bu qədər güclü olacağını heç kəs təsəvvür edə bilməzdi.

  • Alyssa Milano: Mən də (Me too) \ "Bir dostumun fikridir: "Əgər cinsi istismar və ya təcavüzə məruz qalan bütün qadınlar 'Me too' statusunu paylaşsalar, insanlar problemin böyüklüyünü dərk etmiş olar." \ Cinsi istismar və ya təcavüzə məruz qalmısınızsa, bu tweetə cavab olaraq 'Me too' yazın".

Bu statusun yazılmasına səbəb isə Hollywood kinorejissoru Harvey Weinstein-ə qarşı zorlama və cinsi təcavüz iddialarının baş qaldırması idi. Kinorejissorun günahsız olduğu sübut edilib.

Alyssa Milano-nun çağırışına milyonlarla qadın qoşulur və cinsi təcavüz və zorlama hadisəsi ilə qarşılaşan minlərlə qadın internetdə hekayələrini paylaşır.

Çox keçmədən hərəkata çevrilən yazılar #MeToo həştəqi ilə qeyd olunmağa başlanır.

Fotonun müəllifi Getty Images
Image caption Alyssa Milano-nun tviti dünya miqyaslı trendə çevrilib

Lakin istismarçı və təcavüzçülərə qarşı iddialar artdıqca, hərəkat qadınların baxışları arasında fərqlər yaradıb. Hərəkatın məqsədi barədə müzakirələr aparılıb: hərəkat iş yerindəki təcavüzlərə köklənməlidirmi, yoxsa daha geniş bərabərlik kampaniyasına çevrilməlidir? Hansı taktikalar işə yarayar? Və iddialar yanlış çıxdığı halda, hansı addımlar atılmalıdır?

Potensial nəsil bölünməsini bəzi yaşlı feministlərin fikrilərində görmək mümkündür. Onlar deyirlər ki, zərərçəkənlərə köklənmək gərək deyil və gənc həmkarlarına güclü olmağı və kişilərin niyyətlərini izləyib, üzə vurmağı məsləhət bilirlər.

The Atlantic jurnalının ən çox müzakirə olunan məqaləsində Caitlin Flanagan, yeniyetməlik dövrü 1970-ci illərə təsadüf edən qadınların "müasir qızlardan bu mənada daha güclü olduqlarını" deyib.

Washington Post qəzetinin köşə yazarı Megan McArdle deyir: "Məncə, qadınların daha çox gücə sahib olduğu hallar var."

BBC Trending-ə müsahibəsində McArdle məsələnin "mürəkkəb" olduğuna inandığını dilə gətirib.

"Düşünürəm ki, kişilərin daha çox gücə sahib olduğu hallar da çoxdur. Lakin məncə, biz həmin qadınlara dik dayanmağı və gücü geri almağı öyrətməliyik."

Cinsi bərabərlik üzrə mütəxəssis Natalie Collins-ə görə, bir çox gənc qadınlara yanlış məlumat verilib.

"Mən fikirləşirəm ki, gənc qadınlara cinsi əlaqə zamanı kişilərlə eyni gücə malik olduqları yalanı aşılanıb. Reallıqda isə belə deyil."

Eləcə də Collins, gənc qadınların həyatına daha çox təsir göstərən vasitə kimi pornoqrafiyanın geniş yayılmasını göstərib.

"Porno mədəniyyəti qızlarda cinsi münasibət və nəyin erotik olub-olmaması barədə anlayış formalaşdırır. Problem burasındadır ki, qızlara kişilərlə qadınların bərabər olmadığı və kişilərin demək olar ki, hər bir cinsi əlaqədə daha üstün olduğu öyrədilməyib. Onlar belə bir mədəniyyətdə böyüyüblər."

Digər yandan ola bilsin ki, nəsil fərqi haqqında məlumatlar şişirdilib. Mart ayında aparılan Vox/Morning Consult sorğusunda gənc və yaşlı qadınların #MeToo və ya onun potensial neqativ təsirləri ilə bağlı narahatlıq barədə çox da fərqli düşünmədikləri müəyyənləşib.

"Sadəlövh fantaziya"

Bəzi qadınlar isə kampaniyanın ağdərili qərb qadınları üçün faydalı olacağı barədə narahatlıqlarını ifadə ediblər.

"Me too" ifadəsini ilk dəfə on il bundan əvvəl - hələ həştəq anlayışı peyda olmamışdı - afrika-amerikalı fəal Tarana Burke cinsi təcavüz kampaniyası çərçivəsində işlədib.

Bəziləri Burke və başqa etnik azlıqlara mənsub qadınlara məhəl qoyulmadığı barədə narahatlıqlarını dilə gətiriblər.

Fotonun müəllifi Getty Images

Şairə Asha Bandele Afropunk internet səhifəsinə müsahibəsində deyib: "Hərəkatın ictimai şəkildə ağdərili qadınların əlində cəmləşməsi məndə narahatlıq doğurur. Ağdərili qadınların apardığı və özlərindən başqa qadınlara yaxşı təsiri olan bir hərəkat tanımıram".

"Və həmçinin #MeToo ifadəsinin yaradıcısı Tarana Burke haqqında düşünürəm və mənə elə gəlir ki, ona lazımi dəyər verilmir. Belə ki, onun şəkli Time jurnalının üz qabığında yox, içəri səhifələrdə yerləşdirilmişdi".

Amma bəziləri hərəkatın müxtəlif mədəniyyətlərə uyğunlaşa bildiyi qənaətdindədirlər.

"Kim hər kəsin adından hər şeyi deyə bilər ki?" yazıçı Kirsty Allison deyir. "Bu sadəlövh fantaziyadır".

Fotonun müəllifi Getty Images
Image caption MeToo hərəkatı, Cənubi Koreyada gizli lentə alınan pornoqrafiyaya qarşı yürüş də daxil olmaqla bir çox ölkələrdə geniş yayılıb

Növbədə nədir?

#MeToo, Alyssa Milano-nun ilk tvitindən sonrakı ilk dövrdə olduğu qədər aktual olmasa da, həştəq onlayn müzakirələrdə kifayət qədər tez-tez istifadə olunur. Hərəkat asan unudulacaq kimi görünmür.

2017-ci ilin son üç ayında #MeToo həştəqi beş milyondan çox tvitdə istifadə olunub. Və bu ilin may və avqust ayı arası iki milyon dəfə qeyd olunub.

"Bu, Berlin Divarının aşırılması və ya John Lennon-un güllələnməsi kimi bir şey deyil. Daha çox davam edən haldır", - McArdle deyir.

"Məncə, tarix bu hadisəni mədəni keçid şəklində qeydə alacaq. Bir çox böyük mədəni keçidlərdə olduğu kimi biz hələ sınaq dövrünü yaşayırıq. Köhnə normalar var idi, onlardan qurtulduq, bəs yeniləri hansıdır? Düşünürəm ki, hələ də müəyyənləşdirməyə çalışırıq".

"Geriyə baxıb bəzi hallarda çox irəli getdiyimizi, bəzi hallarda isə yetərincə iş görmədiyimizi fikirləşə bilərik. Hələ də nə edəcəyimizi dəqiqləşdirməyə ehtiyac var, lakin məncə, bu, iş yerlərindəki qadınlar üçün son dərəcə əhəmiyyətli olacaq. Həqiqətən belə düşünürəm."

Bu barədə daha geniş