Zeytun yağı Viagra-dan daha güclü ola bilər

Zeytun, cinsi fəallıq, zeytun yağı, viagra, cinsi fəallığı necə artırmaq olar Fotonun müəllifi Getty Images

Yunanıstanda elm adamları zeytun yağının kişilərin cinsi fəallığını artırmaqda Viagra-dan daha təsirli çarə ola biləcəyini müəyyən ediblər.

Afina Universitetinin araşdırmasına görə, zeytunla zəngin bir rejimə riayət etmək qan axınını gücləndirərək cinsi gücsüzlüyü də azaldır.

Böyük Britaniyada nəşr edilən Daily Telegraph qəzetinin yazdığına görə, 600 kişinin iştirak etdiyi araşdırma gündə ən azı 9 xörək qaşığı zeytun yağından istifadə edənlərdə gücsüzlük riskinin digərlərinə nisbətən daha az olduğunu göstərir. Bu insanlarda testosteron səviyyəsi də, zeytundan az istifadə edənlərə görə yüzdə 40% daha çoxdur.

"Viagra əvəzinə zeytun yağı"

Araşdırma heyətinin lideri Dr Chritina Chrysohoou bir kişinin cinsi gücünü uzun müddətli artırması üçün "Viagra-ya deyil, zeytun yağına" müraciət etməsini təklif edir.

Fotonun müəllifi Getty Images

Chrysohoou "Bu, cinsi funksiya problemləri üçün dərmansız bir çarədir. Viagra isə uzun müddətli bir çarə deyil. Sadəcə cinsi münasibət zamanı qısa müddətli bir təsir yaradır" deyir. Təqdiqatçıların fikrincə, zeytun yağı diabet və obezite kimi riskləri də məhdudlaşdırır. "Telegraph" araşdırma ilə bağlı 1990-cı illərdə Viagra-nı kəşf edən heyətin üzvü professor Mike Wyllie-nin də fikirlərini öyrənib.

"Cəmiyyətdə hələ də dərmana müraciət etmək meyli var"

Mike Wyllie rejim və həyat tərzindəki dəyişikliyin cinsi funksiyalara da təsir göstərəcəyi istiqamətindəki mesajların keçərli olduğunu söyləyib. İmpotensiyanın (erektil disfunksiya) təqribən yüzdə 80%-nin ürək-damar sağlamlığı ilə əlaqəli olduğunu vurğulayan Wyllie kişilərin bu mesajı qəbul edəcəyindən əmin deyil.

Wyllie "Çox heyf ki cəmiyyətdə hələ də dərmana müraciət etmək meyli yüksəkdir. İnsanlar həyat tərzlərini dəyişdirmək istəmirlər".

Böyük Briyaniya Ürək Fondundan Julie Ward da araşdırma nəticələrini dəstəkləyir.

"Penisdəki qan damarlarının çox dar olması səbəbiylə ereksiya olma, ya da ereksiyanı davam etdirmək kimi problemlər damar tıxanmasının ilk əlamətləri ola bilər" deyən Ward belə davam edib: "Damarların nazikləşməsi ürək çatışmazlığı və iflic riskini artırır. Cinsi sağlamlıq üçün damar tıxanması və diabet kimi ünsürlərin də tez araşdırılması və müalicə edilməsi lazımdır".

Bu barədə daha geniş