Tacik imamlar Leninin heykəlini yıxılmaqdan necə qurtardı?

Lenin, Tacikistan, heykəl Fotonun müəllifi YUEN KİM/YOUTUBE
Image caption Leninin Tacikistanın Şaruz şəhərində olan heykəlinin hücum olunmamışdan əvvəlki görüntüsü.

Tacikistanda müsəlman din adamları məscidlərdə topladıqları həftəlik ianələrlə Leninin heykəlini bərpa ediblər.

Bolşevik-kommunist ideyasının daşıyıcı olan Leninin rəhbərliyi ilə qurulan və Tacikistanın da 15 respublikasından biri olan Sovet İttifaqında 70 il ateizm ideologiyası tətbiq edilib.

Leninin Şaruz şəhərinin mərkəzində tapılan heykəli iki il öncə naməlum şəxslər tərəfindən devrilmişdi.

Azadlıq Radiosunun tacik xidmətinin məlumatına görə, hücum nəticəsində heykəlin əli qırılmışdı. Bərpa zamanı heykələ həm yeni əl yapılıb, həm də Lenin qızılı rəngə boyadılıb.

Şaruz Şəhər Şurasından Mehriniso Rajabova deyib ki, heykəlin bərpası üçün pul toplamaq təklifi imamlardan gəlib:

"Heykəli təmir etdirdilər, heykəlin ətrafındakı parkı da düzəltdilər, fəvvarələr qurdurdular".

Azadlıq radiosunun tacik xidmətinə danışan bir imam heykəlin bərpasına çəkilən xərci açıqlamasa da, deyib ki, hər məscid həftədə 100 dollar ianə toplayıb.

Fotonun müəllifi Azadlıq radiosu
Image caption Bərpa olunandan sonra Leninin heykəli qızılı rəngə boyanıb

Şaruzdaki Lenin heykəli 1980-ci ildə qoyulmuşdu.

11 il sonra müstəqilliyini elan edən ölkədə Leninin çoxlu heykəli yıxılsa da, Şaruzdakı heykəl tarixi dəyər daşıdığı üçün yerində qalmışdı.

Bu barədə daha geniş